Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Tarix: 19-09-2020 14:41 | Bölmə: Siyasət

                  Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Akopyann rəsmi saytında bildirilir.
Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə keçirləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaşlı qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.
Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək xidmətlərini davam etdirəcəklər.
Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.
Qeyd edək ki, bir müddət öncə Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmişdi. Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçmişdi.
Ermənistan hökumətinin qadınları da silahlandırması bir daha düşmən ordusundakı problemləri açıq-aşkar ortaya qoyur. Ermənistanda“Müdafiə haqqında” qanuna əlavələr hətta səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir.
Ermənistan hökuməti Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçular hesabına ordudakı çatışmazlıqları həll etməyə çalışmaqla yanaşı, digər bütün mümkün imkanlardan da istifadə edir.




Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər