15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
18:52 / 04-10-2026
Mendel: "NATO ideyası Ukraynada ölüb"
18:49 / 04-10-2026
Merz Ukrayna üçün 1 milyard avroluq hərbi yardım paketi elan etdi
18:47 / 04-10-2026
Qara dəniz üzərində "Tu-154" faciəsi: Ukrayna 25 ildir günahını etiraf etmir
18:42 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını ağac oyma bıçaqları ilə öldürüb
18:35 / 04-10-2026
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
18:32 / 04-10-2026
Tramp girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə Con Koulun namizədliyini irəli sürüb
19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
ƏBƏDİ YAŞAR VƏTƏNİMİN ORDUSU NECƏ YARANDI?-VəkilRövşən Qasımov
Tarix: 28-06-2020 23:25 | Bölmə: Siyasət
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub. Hər bir dövlətin ən mühüm atributlarından birini nizami ordu təşkil edir. Ordu quruculuğu isə dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi uzun-sürən və mürəkkəb bir prosesdir. Bu proses 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin iclasında rəsmiləşdirildi. Qəbul edilən qərarda deyilirdi ki, «…Respublikanın suverenliyinin və ərazi bütövlüyünün ciddi təhlükə altında olduğunu qeyd edərək, respublikanın dövlət müstəqilliyinin elan edilməsinin əsas götürərək, Azərbaycanda Milli Özünümüdafiə qüvvələrinin yaradılması haqqında Ali Sovetin qərarı nəzərə alınsın». 1991-ci il oktyabrın 9-da isə Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikası Qanunu qəbul etdi. Beləliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hüquqi əsası yaradlıdı. Həmin qanunun ordu quruculuğunda tarixi əhəmiyyüəti nəzərə alınaraq prezidentin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmiş və həmin gün bayram kimi qeyd edilir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması sırf müdafiə xarakteri daşıyırdı və bunu sübut etməyə heç bir ehtiyac yoxdur. 1988-ci ildən üzü bəri təcavüzə məruz qalan respublika öz ərazi bütövlüyünü bərpa etmək və qoruyub saxlamaq üçün güclü Silahlı Qüvvələrə malik olmalı idi. Ordumuz yalnız və yalnız öz torpaqlarımızı, ərazi bütövlüyümüzü, xalqımızın dinc əməyini qorumaq naminə formalaşdırılır. Ötən müddət göstərir ki, bütün bunlara riayət edilmiş və gələcəkdə də riayət ediləcəkdir. Ordu quruculuğunu lazımi səviyyədə həyata keçirilməsindən bütünlüklə dövlətin sabitliyi, cəmiyyətin əmin-amanlığı birbaşa asılıdır. Azərbaycan Respublikası silahlı Qüvvələrinin təşkili çox mürəkkəb bir şəraitdə həyata keçirilrdi. Bu baxımdan onun formalaşma prosesi çox kəskin, bəzən biri digərini inkar edən məzmun və forma dəyişilikləri ilə qarşılaşmışdır. Çar Rusiyası Türküstan və Azərbaycan kimi türklər yaşayan müstəmləkələrindən əsgər aparmırdı. Bundan əsas məqsəd türk xalqına əsgərlik adətlərini unutdurmaq və inanılmayan bu xalqnın əlinə silah verməmək idi. İkinci Rusiya inqilabı hərbi qüvvəsi olmayan azəriləri çətin vəziyyətə salmışdı. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. Hələ Osmanlı ordusu Azərbaycana köməyə gəlməzdən əvvəl Gəncədə kiçik zabit məktəbinin ilk sinfi qurulmuşdu. Osmanlı ordusu bu məktəbi zabit köməkçisi məktəbi adı ilə yenidən təşkil etdi. Rus ordusundan Azərbaycana 300-ə qədər yaxşı təlim almış zabit kadrları qalmışdı. Onların otuzdan çoxu qərargah zabiti idi. Osmanlı ordusu Mudros müqaviləsinə görə Bakını ingilislərə təslim edib getmişdir. Buna görə Azərbaycanın Hərbi nazirliyi Gəncəyə köçmək məcburiyyətində qaldı. Ağdamda Pulemyotçu kiçik zabit məktəbi yaradılmışdı. Bu hərbi məktəblərdə zabitlər ilə tələbələr arasında heç bir fərq qoymayaraq birlikdə çalışır, onları öyrətdikləri kimi özləri də öyrənirdilər. Ağdamdakı pulemyot məktəbində general Süleyman bəy Əfəndiyev tələbələrlə birlikdə torpağa uzanaraq təlim keçirdi. Bundan başqa «Serjant hazırlama məktəbi», bir də «İstehkam bölüyü məktəbi» açılmışdı. Bütün zabitlər və hökumət Azərbaycan ordusunu yaratmaq üçün əllərindən gələni əsirgəmirdilər. Alaylar yaradıldıqdan sonra kifayyət qədər azərbaycanlı zabit olmadığı üçün Şimali Qafqazdan çərkəz, gürcü, və rus zabitləri dəvət olunurdu. Nəhayət, göstərilən səylər nəticəsində Azərbaycan ordusu aşağıdakı kəşkildə quruldu:
Birinci piyada diviziyası (Diviziyanın komandiri, diviziya generalı Cavad bəy idi): 1 – Cavanşir alayı; 2 – Gəncə alayı; 3 – Zaqatala alayı. Birinci süvari alayı, birinci piyada diviziyasının tərkibinə daxil olmuşdu. İuinci diviziyanın tərkibi (Diviziyanın komandiri, diviziya generalı İbrahim ağa Yusifov): 1 – Quba piyada alayı; 2 – Bakı piyda alayı; 3 – Şamaxı piyada alaı; 4 – Göyçay piyada alayı. Üçüncü diviziyanın tərkibinə Lənkəran alayı daxil olunmuşdu. Süvari birlikləri Tatar, Qarabağ, Şəki alaylarından təşkil edilmişdi. Hər diviziyada iki topçu alayı var idi. İki zirehli qatar, altı zirehli avtomobil, səkkiz dəniz təyarəsi, «Qars» və «Ərdahan» adlı iki dəniz kanoner gəmisi var idi. Hər iki alay iki min süngüdən ibarət idi. Orduda 600 zabit vardı. Bu miqdarın yarısı türklərdən ibarət idi. Zabitdərin 10 %-ni qərargah zabitləri təşkil edirdilər. Hərbi məktəb 600 baş leytenat rütbəli məzun hazırlanmışdı. 1919-cu ildə hərbi nazirlik Gəncədən Bakıya köçür. (M.Ə.Rəsulzadə. Azərbaycan cümhuriyyəti. «Azərbaycan» jurnalı, 1964-cü il, № 7,8,9). Gürcü və ermənilər Rusiyadan ayrılaraq istiqlal elan etdikləri vaxt hər növ silahla təchiz edilmiş milli əsgəri Hissələrə malik olduqları halda, ADR yalnız birninci dünya müharibəsinin əvvəllərində könüllü olaraq azərbaycanlılardan təşkil edilmiş 600 nəfərlik suvari polka arxalanırdı. Dövlətin suverenliyini qorumaq üçün milli ordunun ən zəruri vasitə olduğunu yaxşı başa düşən Azəçrbaycan hökuməti elə ilk günlərdən bu sahədə ciddi tədbirlər həyata keçirməyə başladı. 1918-ci il iyulun 11-də hökumət xüsusi hərbi səfərbərliyə başladı. Aşağıdakı məzmunda çağırış elan etdi: a) 1894-1899-cu illərdə anadan olmuş, müsəlman dininə etiqad edən Azərbaycan Cümhuriyyətinin bütün vətəndaşları Azərbaycan Ordusuna hərbi xidmətə çağırılsınlar; b) hərbi qulluğa çağırışa tabe olmayanlar müharibə dövrünün hərbi qanunları ilə mühakimə olunsunlar; v) Yelizavetpol hərbi çağırışı Azərbaycan hərbi çağırışı ilə əvəz olunsun və hərbi qüvvələr Daxili İşlər Nazirliyinə tabe olsunlar. Orduda xidmət edən hər sıravi əsgər üçün 50 manat, yefreytor üçün 60 manat, kiçik unter-zabit üçün 90 manat, feldfebel üçün isə 120 manat miqdarında aylıq maaş müəyyən edilmişdi. Bununla yanaşı, hərbi rütbələr üçün də aylıq maaşa əlavə verilirdi. 1918-ci il avqustun 1-də Azərbaycan Respublmikasının hərbi nazirliyi təsis edildi və dərhal da nazirliyi yaratmaq üçün 10 milyon manat kredit ay1rıldı. Nazirlər Şurasının 7 noyabr 1918-cı il tarixli fərmanı ilə hərbi nazir vəzifəsi də təsis olundu. Dekabrın 25-də general – leytenat S.Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general – leytenat Ə.Şıxlinski nazir, müavini təyin olundular. («Tarix» qəzeti, 1990, 22 dekabr). 1919-cu il yanvarın 15-də hərbi nazirlik yanında Baş qərargah təsis olundu. Göstərilən səylər nəticəsində iki ildən də az bir müddətdə təxminən 30 min nəfərlik ordu yaratmaq mümkün oldu. Ordunun qurluşu aşağıdakı kimi idi: hər divizifa (istər piyada, istər süvari) üç polkdan və hər polk 3500 süngüdən ibarət idi. Hər polkda 3 batalyon, hər batolyonda isə 4 bölük var idi. Hər batalyon min əsgərdən ibarət idi. Xüsusi xidmət vəzifəsinə malik olanlar 80-100 adamdan ibarət idi. Öz fəaliyyətinin başlanğıcında Azərbaycan hökuməti Xəzər dənizinə çıxışdan məhrum idi. Yarım il ərzində nəinki dəniz ticarətini qaydaya salmaq, hətta 6-7 gəmidən ibarət hərbi-dəniz donanması yaratmaq da mümkün oldu (Rəsulzadə M.Ə..Siyavuş naşeqo veka. O panturanizme, Bku, s.26). 1919-cu ilin iyulunda üsyançı ruslar tamamilə tərksilah edilərək, onlardan 24 top və 6 pulemyot zəbt edildi. Bütün səfər zamanı hisədə heç bir intizamsızlıq baş vermədiyi kimi, hərbi nazirin orduya müraciətlə nəşr olunan əmrində ayrıca qeyd olunduğu üzrə, əhalinin hüququnda da fövqalədə dərəcədə riayət edilmişdi.
Digər bir səfər Zəngəzur vilayətinə qarşı icra edildi. 1919-cu ilin oktyabrında başlnan səfər bir aydan artıq davam etdi. Azərbaycan ordusu ermənilərə qarşı güclü hücuma keçərkən, Ermənmstan hökuməti Gürcüstanda olan ingilis komissarına müraciət etdi və onun məsələyə ciddi müdaxiləsi nəticəsində hücum dayandırıldı. Nəhayət Azərbaycan ordusu bütün qüdrətini Qarabağda, «Əsgəran müharibəsi» adı ilə məşhur olan döyüşdə isbat etdi. 1920-ci ilin martında Novruz bayramı gecəsi ermənilər qiyam qaldıraraq, Əsgəran keçidini tutdular. Qiyamçılara Yerevandan göndərilən nizami erməni ordusu kömək eirdi. Əsgəranı tutmaqla ermənilər Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırıb, vilayətin əhalisini əsarət altına almışdılar. Qiyamı yatırmaq üçün Azərbaycan hökuməti Əsgəran cəbhəsinə genenral Səlimovun başçılığı altında qüvvətli bir ordu göndərildi. Aprelin 3-də səhər tezdən Azərbaycan ordusu hucuma keçdi. Həmin gün ermənilər tədricən geri çəkilməyə başladılar. Əsgəran qalası üzərində yenə də Azərbaycan bayrağı dalğalanmağa başladı. Ertəsi gün Şuşa qalası da qiyamçılardan təmizlənərək, gözətçi əsgərlərə təhvil verildi. Döyüş əməliyyatları qiyamçıların və nizami erməni hissələrinin tam məğlubiyyəti ilə nəticələndi. Faktlar belə nəticəyə gəlməyə imkan verir ki, ADR mövcudluğunun cəmi 23 ayı ərzində möhkəm intizama, yüksək döyüş qabiliyyətinə malik, respublikanın suverenliyini qoruya biləcək bir milli ordu yarada bilmişdi. 1991-ci ildən başlayaraq Silahlı Qüvvələr quruculuğu müddətini üç əsas dövrə bölmək olar: Birinci dövr 30 avqust 1991 – 15 may 1992-ci il, ikinci dövr 15 may 1992 – 2 noyabr 1993-cü il, üçüncü dövr isə noyabr 1993-cü ildən sonrakı illəri əhatə edir. Lakin bununla bərabər 1991-ci ilə qədərki dövrü tarixin səhifəsindən silmək də qeyri – mümkündür. Məhz bu dövrdə yaradılan müqavimət dəstələri Azərbaycan müdafiə qüvvələrini əvəz etmiş və onun sələfli rolunu oynamışdır. Lakin Silahlı Qüvvələrin dövlət tərəfindən yaradılması və rəhbərlik edilməsi səbəbindən onun yaradılma dövrünün başlanğıcı kimi 1991-ci il götürülür. Bu ulu diyar ta qədimdən XX əsrin ortalarınadək istilaçıların «məşq meydanı» olub. Bədxahlarımız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt görmək istəməyiblər. Əksinə, onun qolbudağını kəsə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə dilim-dilim doğrayıb, parça-parça qoparmaq iştahası ilə yaşayıblar. Başı bəlalar çəksə də Ulu Qorqud yurdu öz qürurunu qoruyub. Heç vaxt düşmənə diz çökməyib. Bütün bunlara baxmayaraq Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri Azərbaycan tarixinin qara ləkələridir. Rusiya-iran müharibəsi Gülüstan müqaviləsi ilə nəticələndi. Şimali Azərbaycan Rusiyanın işğalı altına keçdi. 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı isə İrəvan və Naxçıvan xanlıqları işğal edildi. Daha sonra Zaqafqaziya seyminin dağılması, daşnak hökümətinin yaranmasçı, İrəvan qəzasının ermənilərə güzəştə getməsi və nəhayət, 20-ci illərdə Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verilməsi Azərbaycan tarixinin qara səhifələridir. Tarixin qanlı cinayətləri nəticəsində Azərbaycan Cənuba, Şimala, Qərbə bölündü və bir-birindən təcrid olundu. Böyük imperiya-rus çarizmi dövründə müxtəlif istiqamətdən Azərbaycanın köksünə və kürəyinə zərbələr tuşlandı və din düşmənlərimiz İrandan, Türkiyədən qovulmuş erməniləri qədim türk-oğuz diyarının dilbər güşələrində məskunlaşdırdılar. 70-illik keçmiş Sovet rejimi zamanı ermənilərin əl-qolu daha da açıldı. «Böyük Ermənistan» yaratmaq xülyasına düşdülər. Xalq yazıçısı mərhum Mirzə İbrahimovun Kremlin iclas salonunda çox yerində dediyi kimi: «Allah bir adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır». Beləliklə, Azərbaycan ərazisində sığınacaq tapan və əsrlər boyu süfrəmizin nemətləriylə daşnaklar qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanı azərbaycanlısız «Ermənistana» çevirldilər. Əsrin əvvəlindən 90-cı illərədək soydaşlarımızın başına müsibətlər aça-aça bir nəfər kimi deportasiyaya uğradılar. Qədim tarixi olan, VII əsrdən tanınan və Səfəvilər hakimiyyəti dövründə daha da tərəqqi edib qalalar, məscidlər, abidələr məskəni kimi məşhurlaşan İrəvan xanlığı bütövlükdə xainlər əlində qaldı… 1800-cü ildə Qərbi Azərbaycanın kəndləri hissə-hissə talan edildi, dağıdıldı və adları saxtalaşdırıldı. 1920-ci illərdən bu iş sürətləndirilməyə başlandı və 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi surətdə köçürülməsilə nəticələndi. 1980-1990-cı illərdə deportasiya son həddə çatdırıldı. Hələ bu azımış, üstəlik dünyaya car da çəkdilər ki, guya «zavallı ermənilər» blokada şəraitində yaşayırlar. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi, milli istiqlar yolunda qədəm qoyduğu bir dövrdə hərbi-fiziki tərbiyənin yeniləşməsi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Müasir şəraitdə ölkədəki çətinliklərə baxmayaraq bir an belə hərbi-fiziki tərbiyəyə laqeydlik nəticə etibarilə gənc nəslin sağlamlığını, hərbi işə, mənəviyyata böyük ziyan vura bilər. Bu gün azərbaycanın hərbi-fiziki tərbiyəsinə dair biliklərə diqqətin artırılması gənclərin vətənpərvərlik, milli vüqar və döyüş ənənələri əsasında tərbiyəsinə ciddi təsir göstərə bilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin fikirincə, vətənpərvər olmaq üçün üç şərt vacibdir: «Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs görək öz vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşəca bilsin. İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, gərək vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz». Azərbaycan Respublikasının I forumunda liderimiz Heydər Əliyev demişdir: «Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, qoryub saxlamaq lazımdır. Biz bu yolda da çalışırıq. Bildiyiniz kimi Azərbaycan müstəqilliyini ağır və çətin bir dövrdə alıbdır. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşib. Bu təcavüz nəticəsində Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur, Azərbaycanın sərhədləri pozulubdu, Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Müharibə gedibdir, cürbəcür səbəblərdən Azərbaycanın torpaqları işğal olunubdur. Ancaq biz müharibəni dayandırmışıq və məsələləri sülh yolu ilə həll olunması ilə məşğuluq. Dövlət quruculuğunda Azərbaycanın müdafiə imkanlarının yaranmasının mühüm rolu vardır. Müstəqil Azərbaycanın mstəqil bir dövlət kimi bütün dövlət atributları olmalıdır. Onlar yaranır və yaranma prosesi gedir. Təəssüf ki müstəqillik əldə olunandan sonra bu proseslərin müvəffəqiyyətlə aparılması üçün zaman itirilmişdir, vaxt itirilmişdir, böyük fürsətlər əldən verilmişdir. Ancaq biz son zamanlar bu işlərdə ciddi məşğuluq. Bunlardan biri dediyim kimi, Azərbaycanın müdafiə imkanlarının yaranması, Azərbaycanın müstəqilliyini təmin edən ordusunun yaramasıdır. Ordu quruculuğunda böyük səhvlər buraxılıbdır, böyük günahlar edilibdir, hətta xəyanətlərə də yol verilibdir. Məhz bu xəyanətlərin nəticəsində, gedən müharibədən ayrı-ayrı adamların öz mənafeyi üçün istifadə etməsi nəticəsində vaxtında bizim nizami ordumuz yaranmayıbdır. Ordunun yaranması tarixi dörd ildir, (1996) ancaq həqiqi ordu, – mən bu gün bunu sizə tam qətiyyətlə demək istəyirəm, – 1993-cü ilin noyabr ayından sonra yaranmağa başlayıb. O vaxta qədər vaxt itirilibdir və keçmiş sovetlər ordusundan Azərbaycanın payına düşmüş böyük hərbi potensial, silahlar, sursatlar, hərbi texnika, böyük hərbi bazalar, -Azərbaycanın ərazisində bunlar çox olubdur, – dağıdılıb, mənimsənilib. Bunlar hamısı Azərbaycan ordusunun yaranmasına zərbələr vurubdur və Azərbaycan xalqını böyük xəyanətlərə gətirib çıxarıbdır. Açıq demək lazımdır, əgər 1991-ci ilin sonunda Azərbaycan müstəqillik aldığı zaman keçmiş sovet ordusunun Azərbaycan ərazisində olan potensialı, Azərbaycana çatmış potensialı qorunub saxlanılsaydı, onda səmərəli istifadə olunsaydı nə bu cür məğlubiyyətilər ola bilərdi, nə də bizim müdafiə potensialımız indi belə vəziyyətdə ola bilərdi. Ona görə Azərbaycanda ordu quruculuğu iki tərəfdən şikəst olubdur: bir tərəfdən onun sərəncamında olan o böyük hərbi-texniki, silah potensialı, baza potensialı dağıdılıbdır, ikinci tərəfdən də hərbi quruculuqla məşğul olmaq əvəzinə cürbəcür, ayrı-ayrı batalyonlar yaradaraq o dövrdə hərə öz məqsədləri üçün istifadə edibdir. 1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduya xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədəçr özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm. Ancaq gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin. Əksinə, orduda xidmət etməmiş gənc gərək düşünsün ki, cəmiyyətdə o, hansı borcunu yerinə yetirməlidir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizə qonşu və bizə dost olan Türkiyədə hər bir gəncin orduda xidmət etməsi onun şərəfli borcudur və o gəncləçr çalışırlar o borcu layiqli yerinə yetirsinlər. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. Bəli, 1970-ci ildə mən Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəbin yaranmasına nail oldum. O məktəbdə Cəmşid Naxçıvanskinin – bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 25 ildir ki, bu məktəb fəaliyyət göstərir (1996). Mən indi düşünürəm ki, – əgər bu hərbi məktəb olmasaydı, bizim ordumuzdakı o zabitlərin çoxu yəqin olmayacaqdı. Çünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir. Bu məktəbdən sonra biz ildə təxminən 800-900 nəfər gənc azərbaycanlını Sovetlər İttifaqının ali hərbi məktəblərinə göndərirdik. O cümlədən Bakıda yerləşən iki ali hərbi məktəbdə, – onlar indi bizim ixtiyarımızdadır, – zabitlər hazırlayırdıq. İndi ordumuzda olan zabitlərin tam əksəriyyəti həmin dövrdə hazırlanan zabitlərdir, onlar xidmət edirlər. Xalqımızın Ümummilli lideri Heydər Əliyev beynəlmiləlçi-gənclərlə görüşdə xalqa müraciətində demişdir: «Lazımi qaydada müharibə edə bilmək üçün möhkəm və mütəşəkkil arxa lazımdır. Ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi qələbənin qazanılmasında mühüm rol oynayır». İnsan doğulduğu və yaşadığı əraziyə, mənsub olduğu xalqa və xalqın dilinə, mədəniyyətinə, adət-ənənələrinə məhəbbət və qayğı hissləri əsrlərdən-əsrlərə keçmiş, şamının qəlbəində və şüurunda dərin kök salmışdır. Vətənə seyirçi münasibət, onun gözəlliklərindən, sərvətindən, passiv surətdə zövq almaq, doğma torpağını sevmək, onun yolunda qurban olmaq istəyəni ancaq sözlə ifadə etmək vətənpərvərlik hissinə yaddır. Azərbaycan xalqı minilliklər boyu dərin mənəviyyata, yüksək mədəniyyətə malik olmuş, müxtəlif dövrlərdə bir sıra görkəmli Azərbaycan ziyalıları öz zəngin daxili mənəviyyatları ilə mədəniyyətimizi daha da inkişaf etdirmiş, eyni zamanda dünya mədəniyyətinə misilsiz töhfələrini vermişlər. Bu tərəqqi ideyalara əsaslanaraq, ömrünü şam kimi əridərək əsl vətənpərvərlik nümunəsi göstərərək, millətin tərəqqisi naminə gecə-gündüz çalışmışlar. Belə görkəmli ziyalılarımzdan biri XX əsrin axırı XXI əsrin əvvəllərində 34 ildən artıq Azərbaycana xidmət etmiş xalqımızın ümummilli liderimiz Heydər Əliyevin vətənpərvərlik tərbiyəsi diqqətə layiqdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə kesmiş SSRİ-də deyil, bütün dünyada Tanınmağa başladı. Qarabağ məsələsində də Heydər Əliyevin mövqeyi həmişə birmənalı və prinsipal olmuşdur. Onilliklər boyu ermənilər Azərbaycanın bu tarixi ərazisini Ermənistana birləşdirilməsi uğrunda çalışmış, bu məqsədlə getmək üçün dəfələrlə keçmiş ittifaqın rəhbərliyi qməsələ qaldırmışlar. Hələ 1960-cı illərin axırında olar növbəti dəfə baş qaldıranda, bu siyasi fitnəkarlığa qarşı o zaman dövlət təhlükəsizlik orqanına yüksək vəzifə tutan Heydər Əliyev qeyrətli, sərt və barışmaz mövqeyini bildirmişdir. 1969-cu ildə H.Əliyevin Respublikaya rəhbər seçilməsi erməni tərxibat və təcavüzlərinin qarşısını aldı. Onun xalqımızın milli-mənəvi köklərinə bağlılığı, tariximizə dərindən bələdliyi, siyasi sayıqlığı və milli mənafeyi hər şeydən uca tutması torpaqlarımıza susamış erməni iddialarına sipər çəkdi. Təsadüfü deyildir ki, 1969-1982-ci illərdə nə respublika, nə də keçmiş ittifaq rəhbərliyi qarşısında bu məsələnin dilə gətirilməsinə cəsarət edilmədi. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra Füzuli və Goranboy cəbhələrində itirilmiş torpaqlarımızın azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinin irəliləməsinə imkan vermədilər. Düşmən xeyli itgiyə məruz qaldı. Min illərdir ki, insanlar ölür. Amma onu yaşadan onun inamıdır. Məhz həmin inamın nəticəsidə Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovn şücafti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu parptlatmış, özü şəhid olmuş və otuz nəfər azərbaycanlı əsəgərini ölümdən xilas etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü il aprelin 12-də axşam televiziya ilə xalqa müraciətində düşmənin mənfur və alçaq niyyətini açıqladı. «Qalx Ayağa» Azərbaycana müraciəti həyacansız dinləmək mümkün deyildi. Heydər Əliyev hamını Vətənin müdafiəsi naminə ayağa qalxmağa səslədi. «Bu gün bütün Azərbaycan xalqına müraciət edirəm, hamıya bildirmək istəyirəm ki, ölkəmizin təhlükə altında olduğunu gərək hamı dərk etsin! Gərək hər kəs ordumuzun, müdafiəmizin möhkəmlənməsi üçün öz payını versin!» Müqəddəs çağırış idi! Bu gündən ön cəbhə ilə arxa cəbhə silahlı döyüşçü yox, respublikamızın hər bir vətəndaşı düşmənə qalib gəlmək üçün var qüvvə ilə çalışmalıdır. Daha geriyə çəkilməyə yer yoxdur. Azğın ermənilər ələ keçirdikləri yaşayış məntəqələrini yandırıb dağıdır, hər yanı xarabalıqlara çevirirlər. Min bir zəhmət bahasına tikilən kənd və qəsəbələrin dağıdılmasına yol vermək olmaz. Öz vətənində, öz torpağını qorumaq uğrunda çarpışan əsgər hər cür düşməndən qat-qat güclüdür! Azərbaycan torpaqlarında müvvəqəti olduqlarını dərk edən ermənilər vəhşiliklər törədirlər. Sülh danışıqlarına gəlməyən, zorakılıqla nəyə isə nail olacağını güman edən yağıya qəti zərbə vurmaq gərəkdir. Bunun üçün hamımız sıx birləşməli, nəhəng bir yumruğa çevrilməliyik. Bunu Ana Vətən tələb edir! Bu gün səfərbərlik yaşına çatmış hər bir gənc çağırış vərəqəsini gözləmədən hərbi komissarlıqlara gəlməli, ələ silah götürərək Vətənin mərd və qeyrətli oğul olduğunu subut etməlidir. Fərari adını kimsə özünə yaxın qoymamalıdır. Azərbaycan torpağında fərariyə yer yoxdur. Bu gün çox ağır şəraitdə, çadır-şəhərciklərdə yaşayan ana və bacılarımız, körpə uşaqlarımız Azərbaycan əsgərlərindən kömək gözləyir. Azərbaycan taleyinin həll olunduğu bu məqamda «İqtidar» və «Müxalifət» də ola bilməz. Bu torpaqda yaşayıb, onun suyundan içən hər bir Vətən övladı üçün indiki halda vahid düşmən vardır. Xalqımızın ümummilli lideri H.Əliyevin müstəsna siyasi müdrikliyi, sarsılmaz qətiyyəti və fövqalədə tədbirləri sayəsində xalq daha bir faciədən xilas oldu, dövlətçilik qorunub saxlanıldı, xaricdən dəstəklənən hərbi-siyasi müxalifətin daha bir cəhdi boşa çıxdı. Dövlətimiz öz qüdrətini nümayiş etdirdi, konstitusiya quruluşuna qarşı yönəldilmiş qiyamın qarşısı alındı, ictimai təhlükəsizlik və sabitlik təmin edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı qətiyyətli Azərbaycan Prezidenti, Ali Baş Komandan İham Əliyev C.Naxçıvanski adına hərbi liseydəki çıxışında vurğuladı ki: «Biz Ermənistan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. İstəyirik ki, beynəlxalq hüquq normaları tətbiq olunsun, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarına qayıda bilsin. Ancaq eyni zamanda, biz güclü ordu yaratmalıyıq. Güclü hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma torpaqlarımızı azad edə bilək!
Ölkəmiz bölgədə lider dövlətə çevrilib İqtisadi potensialımız artır. Beynəlxalq aləmdə siyasi çəkimiz və nüfuzumuz artır. Ordumuz da güclənir. O, daha da güclü olmalı və istənilən anda torpaqlarımızın azad olunmasında iştirak etməlidir. Bizim siysətimiz bundan ibarətdir. Mən sevinirəm ki, Azərbaycanda həm ordumuzun maddi-texniki bazası möhkəmlənir, həm də peşəkar ordu kadrları yetişir». Bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır.Azərbaycan qüdrətli ordunun hesabına itrilmiş torpaqları ilə yanaşı tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq!
VəkilRövşən Qasımov

Baxış sayı: 1 216
Bölməyə aid digər xəbərlər
Tarix: 28-06-2020 23:25 | Bölmə: Siyasət
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub. Hər bir dövlətin ən mühüm atributlarından birini nizami ordu təşkil edir. Ordu quruculuğu isə dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi uzun-sürən və mürəkkəb bir prosesdir. Bu proses 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin iclasında rəsmiləşdirildi. Qəbul edilən qərarda deyilirdi ki, «…Respublikanın suverenliyinin və ərazi bütövlüyünün ciddi təhlükə altında olduğunu qeyd edərək, respublikanın dövlət müstəqilliyinin elan edilməsinin əsas götürərək, Azərbaycanda Milli Özünümüdafiə qüvvələrinin yaradılması haqqında Ali Sovetin qərarı nəzərə alınsın». 1991-ci il oktyabrın 9-da isə Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikası Qanunu qəbul etdi. Beləliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hüquqi əsası yaradlıdı. Həmin qanunun ordu quruculuğunda tarixi əhəmiyyüəti nəzərə alınaraq prezidentin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmiş və həmin gün bayram kimi qeyd edilir.Azərbaycan Silahlı Qüvvələrinin yaradılması sırf müdafiə xarakteri daşıyırdı və bunu sübut etməyə heç bir ehtiyac yoxdur. 1988-ci ildən üzü bəri təcavüzə məruz qalan respublika öz ərazi bütövlüyünü bərpa etmək və qoruyub saxlamaq üçün güclü Silahlı Qüvvələrə malik olmalı idi. Ordumuz yalnız və yalnız öz torpaqlarımızı, ərazi bütövlüyümüzü, xalqımızın dinc əməyini qorumaq naminə formalaşdırılır. Ötən müddət göstərir ki, bütün bunlara riayət edilmiş və gələcəkdə də riayət ediləcəkdir. Ordu quruculuğunu lazımi səviyyədə həyata keçirilməsindən bütünlüklə dövlətin sabitliyi, cəmiyyətin əmin-amanlığı birbaşa asılıdır. Azərbaycan Respublikası silahlı Qüvvələrinin təşkili çox mürəkkəb bir şəraitdə həyata keçirilrdi. Bu baxımdan onun formalaşma prosesi çox kəskin, bəzən biri digərini inkar edən məzmun və forma dəyişilikləri ilə qarşılaşmışdır. Çar Rusiyası Türküstan və Azərbaycan kimi türklər yaşayan müstəmləkələrindən əsgər aparmırdı. Bundan əsas məqsəd türk xalqına əsgərlik adətlərini unutdurmaq və inanılmayan bu xalqnın əlinə silah verməmək idi. İkinci Rusiya inqilabı hərbi qüvvəsi olmayan azəriləri çətin vəziyyətə salmışdı. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. Hələ Osmanlı ordusu Azərbaycana köməyə gəlməzdən əvvəl Gəncədə kiçik zabit məktəbinin ilk sinfi qurulmuşdu. Osmanlı ordusu bu məktəbi zabit köməkçisi məktəbi adı ilə yenidən təşkil etdi. Rus ordusundan Azərbaycana 300-ə qədər yaxşı təlim almış zabit kadrları qalmışdı. Onların otuzdan çoxu qərargah zabiti idi. Osmanlı ordusu Mudros müqaviləsinə görə Bakını ingilislərə təslim edib getmişdir. Buna görə Azərbaycanın Hərbi nazirliyi Gəncəyə köçmək məcburiyyətində qaldı. Ağdamda Pulemyotçu kiçik zabit məktəbi yaradılmışdı. Bu hərbi məktəblərdə zabitlər ilə tələbələr arasında heç bir fərq qoymayaraq birlikdə çalışır, onları öyrətdikləri kimi özləri də öyrənirdilər. Ağdamdakı pulemyot məktəbində general Süleyman bəy Əfəndiyev tələbələrlə birlikdə torpağa uzanaraq təlim keçirdi. Bundan başqa «Serjant hazırlama məktəbi», bir də «İstehkam bölüyü məktəbi» açılmışdı. Bütün zabitlər və hökumət Azərbaycan ordusunu yaratmaq üçün əllərindən gələni əsirgəmirdilər. Alaylar yaradıldıqdan sonra kifayyət qədər azərbaycanlı zabit olmadığı üçün Şimali Qafqazdan çərkəz, gürcü, və rus zabitləri dəvət olunurdu. Nəhayət, göstərilən səylər nəticəsində Azərbaycan ordusu aşağıdakı kəşkildə quruldu:
Birinci piyada diviziyası (Diviziyanın komandiri, diviziya generalı Cavad bəy idi): 1 – Cavanşir alayı; 2 – Gəncə alayı; 3 – Zaqatala alayı. Birinci süvari alayı, birinci piyada diviziyasının tərkibinə daxil olmuşdu. İuinci diviziyanın tərkibi (Diviziyanın komandiri, diviziya generalı İbrahim ağa Yusifov): 1 – Quba piyada alayı; 2 – Bakı piyda alayı; 3 – Şamaxı piyada alaı; 4 – Göyçay piyada alayı. Üçüncü diviziyanın tərkibinə Lənkəran alayı daxil olunmuşdu. Süvari birlikləri Tatar, Qarabağ, Şəki alaylarından təşkil edilmişdi. Hər diviziyada iki topçu alayı var idi. İki zirehli qatar, altı zirehli avtomobil, səkkiz dəniz təyarəsi, «Qars» və «Ərdahan» adlı iki dəniz kanoner gəmisi var idi. Hər iki alay iki min süngüdən ibarət idi. Orduda 600 zabit vardı. Bu miqdarın yarısı türklərdən ibarət idi. Zabitdərin 10 %-ni qərargah zabitləri təşkil edirdilər. Hərbi məktəb 600 baş leytenat rütbəli məzun hazırlanmışdı. 1919-cu ildə hərbi nazirlik Gəncədən Bakıya köçür. (M.Ə.Rəsulzadə. Azərbaycan cümhuriyyəti. «Azərbaycan» jurnalı, 1964-cü il, № 7,8,9). Gürcü və ermənilər Rusiyadan ayrılaraq istiqlal elan etdikləri vaxt hər növ silahla təchiz edilmiş milli əsgəri Hissələrə malik olduqları halda, ADR yalnız birninci dünya müharibəsinin əvvəllərində könüllü olaraq azərbaycanlılardan təşkil edilmiş 600 nəfərlik suvari polka arxalanırdı. Dövlətin suverenliyini qorumaq üçün milli ordunun ən zəruri vasitə olduğunu yaxşı başa düşən Azəçrbaycan hökuməti elə ilk günlərdən bu sahədə ciddi tədbirlər həyata keçirməyə başladı. 1918-ci il iyulun 11-də hökumət xüsusi hərbi səfərbərliyə başladı. Aşağıdakı məzmunda çağırış elan etdi: a) 1894-1899-cu illərdə anadan olmuş, müsəlman dininə etiqad edən Azərbaycan Cümhuriyyətinin bütün vətəndaşları Azərbaycan Ordusuna hərbi xidmətə çağırılsınlar; b) hərbi qulluğa çağırışa tabe olmayanlar müharibə dövrünün hərbi qanunları ilə mühakimə olunsunlar; v) Yelizavetpol hərbi çağırışı Azərbaycan hərbi çağırışı ilə əvəz olunsun və hərbi qüvvələr Daxili İşlər Nazirliyinə tabe olsunlar. Orduda xidmət edən hər sıravi əsgər üçün 50 manat, yefreytor üçün 60 manat, kiçik unter-zabit üçün 90 manat, feldfebel üçün isə 120 manat miqdarında aylıq maaş müəyyən edilmişdi. Bununla yanaşı, hərbi rütbələr üçün də aylıq maaşa əlavə verilirdi. 1918-ci il avqustun 1-də Azərbaycan Respublmikasının hərbi nazirliyi təsis edildi və dərhal da nazirliyi yaratmaq üçün 10 milyon manat kredit ay1rıldı. Nazirlər Şurasının 7 noyabr 1918-cı il tarixli fərmanı ilə hərbi nazir vəzifəsi də təsis olundu. Dekabrın 25-də general – leytenat S.Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general – leytenat Ə.Şıxlinski nazir, müavini təyin olundular. («Tarix» qəzeti, 1990, 22 dekabr). 1919-cu il yanvarın 15-də hərbi nazirlik yanında Baş qərargah təsis olundu. Göstərilən səylər nəticəsində iki ildən də az bir müddətdə təxminən 30 min nəfərlik ordu yaratmaq mümkün oldu. Ordunun qurluşu aşağıdakı kimi idi: hər divizifa (istər piyada, istər süvari) üç polkdan və hər polk 3500 süngüdən ibarət idi. Hər polkda 3 batalyon, hər batolyonda isə 4 bölük var idi. Hər batalyon min əsgərdən ibarət idi. Xüsusi xidmət vəzifəsinə malik olanlar 80-100 adamdan ibarət idi. Öz fəaliyyətinin başlanğıcında Azərbaycan hökuməti Xəzər dənizinə çıxışdan məhrum idi. Yarım il ərzində nəinki dəniz ticarətini qaydaya salmaq, hətta 6-7 gəmidən ibarət hərbi-dəniz donanması yaratmaq da mümkün oldu (Rəsulzadə M.Ə..Siyavuş naşeqo veka. O panturanizme, Bku, s.26). 1919-cu ilin iyulunda üsyançı ruslar tamamilə tərksilah edilərək, onlardan 24 top və 6 pulemyot zəbt edildi. Bütün səfər zamanı hisədə heç bir intizamsızlıq baş vermədiyi kimi, hərbi nazirin orduya müraciətlə nəşr olunan əmrində ayrıca qeyd olunduğu üzrə, əhalinin hüququnda da fövqalədə dərəcədə riayət edilmişdi.
Digər bir səfər Zəngəzur vilayətinə qarşı icra edildi. 1919-cu ilin oktyabrında başlnan səfər bir aydan artıq davam etdi. Azərbaycan ordusu ermənilərə qarşı güclü hücuma keçərkən, Ermənmstan hökuməti Gürcüstanda olan ingilis komissarına müraciət etdi və onun məsələyə ciddi müdaxiləsi nəticəsində hücum dayandırıldı. Nəhayət Azərbaycan ordusu bütün qüdrətini Qarabağda, «Əsgəran müharibəsi» adı ilə məşhur olan döyüşdə isbat etdi. 1920-ci ilin martında Novruz bayramı gecəsi ermənilər qiyam qaldıraraq, Əsgəran keçidini tutdular. Qiyamçılara Yerevandan göndərilən nizami erməni ordusu kömək eirdi. Əsgəranı tutmaqla ermənilər Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırıb, vilayətin əhalisini əsarət altına almışdılar. Qiyamı yatırmaq üçün Azərbaycan hökuməti Əsgəran cəbhəsinə genenral Səlimovun başçılığı altında qüvvətli bir ordu göndərildi. Aprelin 3-də səhər tezdən Azərbaycan ordusu hucuma keçdi. Həmin gün ermənilər tədricən geri çəkilməyə başladılar. Əsgəran qalası üzərində yenə də Azərbaycan bayrağı dalğalanmağa başladı. Ertəsi gün Şuşa qalası da qiyamçılardan təmizlənərək, gözətçi əsgərlərə təhvil verildi. Döyüş əməliyyatları qiyamçıların və nizami erməni hissələrinin tam məğlubiyyəti ilə nəticələndi. Faktlar belə nəticəyə gəlməyə imkan verir ki, ADR mövcudluğunun cəmi 23 ayı ərzində möhkəm intizama, yüksək döyüş qabiliyyətinə malik, respublikanın suverenliyini qoruya biləcək bir milli ordu yarada bilmişdi. 1991-ci ildən başlayaraq Silahlı Qüvvələr quruculuğu müddətini üç əsas dövrə bölmək olar: Birinci dövr 30 avqust 1991 – 15 may 1992-ci il, ikinci dövr 15 may 1992 – 2 noyabr 1993-cü il, üçüncü dövr isə noyabr 1993-cü ildən sonrakı illəri əhatə edir. Lakin bununla bərabər 1991-ci ilə qədərki dövrü tarixin səhifəsindən silmək də qeyri – mümkündür. Məhz bu dövrdə yaradılan müqavimət dəstələri Azərbaycan müdafiə qüvvələrini əvəz etmiş və onun sələfli rolunu oynamışdır. Lakin Silahlı Qüvvələrin dövlət tərəfindən yaradılması və rəhbərlik edilməsi səbəbindən onun yaradılma dövrünün başlanğıcı kimi 1991-ci il götürülür. Bu ulu diyar ta qədimdən XX əsrin ortalarınadək istilaçıların «məşq meydanı» olub. Bədxahlarımız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt görmək istəməyiblər. Əksinə, onun qolbudağını kəsə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə dilim-dilim doğrayıb, parça-parça qoparmaq iştahası ilə yaşayıblar. Başı bəlalar çəksə də Ulu Qorqud yurdu öz qürurunu qoruyub. Heç vaxt düşmənə diz çökməyib. Bütün bunlara baxmayaraq Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri Azərbaycan tarixinin qara ləkələridir. Rusiya-iran müharibəsi Gülüstan müqaviləsi ilə nəticələndi. Şimali Azərbaycan Rusiyanın işğalı altına keçdi. 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı isə İrəvan və Naxçıvan xanlıqları işğal edildi. Daha sonra Zaqafqaziya seyminin dağılması, daşnak hökümətinin yaranmasçı, İrəvan qəzasının ermənilərə güzəştə getməsi və nəhayət, 20-ci illərdə Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verilməsi Azərbaycan tarixinin qara səhifələridir. Tarixin qanlı cinayətləri nəticəsində Azərbaycan Cənuba, Şimala, Qərbə bölündü və bir-birindən təcrid olundu. Böyük imperiya-rus çarizmi dövründə müxtəlif istiqamətdən Azərbaycanın köksünə və kürəyinə zərbələr tuşlandı və din düşmənlərimiz İrandan, Türkiyədən qovulmuş erməniləri qədim türk-oğuz diyarının dilbər güşələrində məskunlaşdırdılar. 70-illik keçmiş Sovet rejimi zamanı ermənilərin əl-qolu daha da açıldı. «Böyük Ermənistan» yaratmaq xülyasına düşdülər. Xalq yazıçısı mərhum Mirzə İbrahimovun Kremlin iclas salonunda çox yerində dediyi kimi: «Allah bir adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır». Beləliklə, Azərbaycan ərazisində sığınacaq tapan və əsrlər boyu süfrəmizin nemətləriylə daşnaklar qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanı azərbaycanlısız «Ermənistana» çevirldilər. Əsrin əvvəlindən 90-cı illərədək soydaşlarımızın başına müsibətlər aça-aça bir nəfər kimi deportasiyaya uğradılar. Qədim tarixi olan, VII əsrdən tanınan və Səfəvilər hakimiyyəti dövründə daha da tərəqqi edib qalalar, məscidlər, abidələr məskəni kimi məşhurlaşan İrəvan xanlığı bütövlükdə xainlər əlində qaldı… 1800-cü ildə Qərbi Azərbaycanın kəndləri hissə-hissə talan edildi, dağıdıldı və adları saxtalaşdırıldı. 1920-ci illərdən bu iş sürətləndirilməyə başlandı və 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi surətdə köçürülməsilə nəticələndi. 1980-1990-cı illərdə deportasiya son həddə çatdırıldı. Hələ bu azımış, üstəlik dünyaya car da çəkdilər ki, guya «zavallı ermənilər» blokada şəraitində yaşayırlar. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi, milli istiqlar yolunda qədəm qoyduğu bir dövrdə hərbi-fiziki tərbiyənin yeniləşməsi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Müasir şəraitdə ölkədəki çətinliklərə baxmayaraq bir an belə hərbi-fiziki tərbiyəyə laqeydlik nəticə etibarilə gənc nəslin sağlamlığını, hərbi işə, mənəviyyata böyük ziyan vura bilər. Bu gün azərbaycanın hərbi-fiziki tərbiyəsinə dair biliklərə diqqətin artırılması gənclərin vətənpərvərlik, milli vüqar və döyüş ənənələri əsasında tərbiyəsinə ciddi təsir göstərə bilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin fikirincə, vətənpərvər olmaq üçün üç şərt vacibdir: «Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs görək öz vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşəca bilsin. İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, gərək vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz». Azərbaycan Respublikasının I forumunda liderimiz Heydər Əliyev demişdir: «Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, qoryub saxlamaq lazımdır. Biz bu yolda da çalışırıq. Bildiyiniz kimi Azərbaycan müstəqilliyini ağır və çətin bir dövrdə alıbdır. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşib. Bu təcavüz nəticəsində Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur, Azərbaycanın sərhədləri pozulubdu, Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Müharibə gedibdir, cürbəcür səbəblərdən Azərbaycanın torpaqları işğal olunubdur. Ancaq biz müharibəni dayandırmışıq və məsələləri sülh yolu ilə həll olunması ilə məşğuluq. Dövlət quruculuğunda Azərbaycanın müdafiə imkanlarının yaranmasının mühüm rolu vardır. Müstəqil Azərbaycanın mstəqil bir dövlət kimi bütün dövlət atributları olmalıdır. Onlar yaranır və yaranma prosesi gedir. Təəssüf ki müstəqillik əldə olunandan sonra bu proseslərin müvəffəqiyyətlə aparılması üçün zaman itirilmişdir, vaxt itirilmişdir, böyük fürsətlər əldən verilmişdir. Ancaq biz son zamanlar bu işlərdə ciddi məşğuluq. Bunlardan biri dediyim kimi, Azərbaycanın müdafiə imkanlarının yaranması, Azərbaycanın müstəqilliyini təmin edən ordusunun yaramasıdır. Ordu quruculuğunda böyük səhvlər buraxılıbdır, böyük günahlar edilibdir, hətta xəyanətlərə də yol verilibdir. Məhz bu xəyanətlərin nəticəsində, gedən müharibədən ayrı-ayrı adamların öz mənafeyi üçün istifadə etməsi nəticəsində vaxtında bizim nizami ordumuz yaranmayıbdır. Ordunun yaranması tarixi dörd ildir, (1996) ancaq həqiqi ordu, – mən bu gün bunu sizə tam qətiyyətlə demək istəyirəm, – 1993-cü ilin noyabr ayından sonra yaranmağa başlayıb. O vaxta qədər vaxt itirilibdir və keçmiş sovetlər ordusundan Azərbaycanın payına düşmüş böyük hərbi potensial, silahlar, sursatlar, hərbi texnika, böyük hərbi bazalar, -Azərbaycanın ərazisində bunlar çox olubdur, – dağıdılıb, mənimsənilib. Bunlar hamısı Azərbaycan ordusunun yaranmasına zərbələr vurubdur və Azərbaycan xalqını böyük xəyanətlərə gətirib çıxarıbdır. Açıq demək lazımdır, əgər 1991-ci ilin sonunda Azərbaycan müstəqillik aldığı zaman keçmiş sovet ordusunun Azərbaycan ərazisində olan potensialı, Azərbaycana çatmış potensialı qorunub saxlanılsaydı, onda səmərəli istifadə olunsaydı nə bu cür məğlubiyyətilər ola bilərdi, nə də bizim müdafiə potensialımız indi belə vəziyyətdə ola bilərdi. Ona görə Azərbaycanda ordu quruculuğu iki tərəfdən şikəst olubdur: bir tərəfdən onun sərəncamında olan o böyük hərbi-texniki, silah potensialı, baza potensialı dağıdılıbdır, ikinci tərəfdən də hərbi quruculuqla məşğul olmaq əvəzinə cürbəcür, ayrı-ayrı batalyonlar yaradaraq o dövrdə hərə öz məqsədləri üçün istifadə edibdir. 1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduya xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədəçr özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm. Ancaq gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin. Əksinə, orduda xidmət etməmiş gənc gərək düşünsün ki, cəmiyyətdə o, hansı borcunu yerinə yetirməlidir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizə qonşu və bizə dost olan Türkiyədə hər bir gəncin orduda xidmət etməsi onun şərəfli borcudur və o gəncləçr çalışırlar o borcu layiqli yerinə yetirsinlər. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. Bəli, 1970-ci ildə mən Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəbin yaranmasına nail oldum. O məktəbdə Cəmşid Naxçıvanskinin – bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 25 ildir ki, bu məktəb fəaliyyət göstərir (1996). Mən indi düşünürəm ki, – əgər bu hərbi məktəb olmasaydı, bizim ordumuzdakı o zabitlərin çoxu yəqin olmayacaqdı. Çünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir. Bu məktəbdən sonra biz ildə təxminən 800-900 nəfər gənc azərbaycanlını Sovetlər İttifaqının ali hərbi məktəblərinə göndərirdik. O cümlədən Bakıda yerləşən iki ali hərbi məktəbdə, – onlar indi bizim ixtiyarımızdadır, – zabitlər hazırlayırdıq. İndi ordumuzda olan zabitlərin tam əksəriyyəti həmin dövrdə hazırlanan zabitlərdir, onlar xidmət edirlər. Xalqımızın Ümummilli lideri Heydər Əliyev beynəlmiləlçi-gənclərlə görüşdə xalqa müraciətində demişdir: «Lazımi qaydada müharibə edə bilmək üçün möhkəm və mütəşəkkil arxa lazımdır. Ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi qələbənin qazanılmasında mühüm rol oynayır». İnsan doğulduğu və yaşadığı əraziyə, mənsub olduğu xalqa və xalqın dilinə, mədəniyyətinə, adət-ənənələrinə məhəbbət və qayğı hissləri əsrlərdən-əsrlərə keçmiş, şamının qəlbəində və şüurunda dərin kök salmışdır. Vətənə seyirçi münasibət, onun gözəlliklərindən, sərvətindən, passiv surətdə zövq almaq, doğma torpağını sevmək, onun yolunda qurban olmaq istəyəni ancaq sözlə ifadə etmək vətənpərvərlik hissinə yaddır. Azərbaycan xalqı minilliklər boyu dərin mənəviyyata, yüksək mədəniyyətə malik olmuş, müxtəlif dövrlərdə bir sıra görkəmli Azərbaycan ziyalıları öz zəngin daxili mənəviyyatları ilə mədəniyyətimizi daha da inkişaf etdirmiş, eyni zamanda dünya mədəniyyətinə misilsiz töhfələrini vermişlər. Bu tərəqqi ideyalara əsaslanaraq, ömrünü şam kimi əridərək əsl vətənpərvərlik nümunəsi göstərərək, millətin tərəqqisi naminə gecə-gündüz çalışmışlar. Belə görkəmli ziyalılarımzdan biri XX əsrin axırı XXI əsrin əvvəllərində 34 ildən artıq Azərbaycana xidmət etmiş xalqımızın ümummilli liderimiz Heydər Əliyevin vətənpərvərlik tərbiyəsi diqqətə layiqdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə kesmiş SSRİ-də deyil, bütün dünyada Tanınmağa başladı. Qarabağ məsələsində də Heydər Əliyevin mövqeyi həmişə birmənalı və prinsipal olmuşdur. Onilliklər boyu ermənilər Azərbaycanın bu tarixi ərazisini Ermənistana birləşdirilməsi uğrunda çalışmış, bu məqsədlə getmək üçün dəfələrlə keçmiş ittifaqın rəhbərliyi qməsələ qaldırmışlar. Hələ 1960-cı illərin axırında olar növbəti dəfə baş qaldıranda, bu siyasi fitnəkarlığa qarşı o zaman dövlət təhlükəsizlik orqanına yüksək vəzifə tutan Heydər Əliyev qeyrətli, sərt və barışmaz mövqeyini bildirmişdir. 1969-cu ildə H.Əliyevin Respublikaya rəhbər seçilməsi erməni tərxibat və təcavüzlərinin qarşısını aldı. Onun xalqımızın milli-mənəvi köklərinə bağlılığı, tariximizə dərindən bələdliyi, siyasi sayıqlığı və milli mənafeyi hər şeydən uca tutması torpaqlarımıza susamış erməni iddialarına sipər çəkdi. Təsadüfü deyildir ki, 1969-1982-ci illərdə nə respublika, nə də keçmiş ittifaq rəhbərliyi qarşısında bu məsələnin dilə gətirilməsinə cəsarət edilmədi. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra Füzuli və Goranboy cəbhələrində itirilmiş torpaqlarımızın azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinin irəliləməsinə imkan vermədilər. Düşmən xeyli itgiyə məruz qaldı. Min illərdir ki, insanlar ölür. Amma onu yaşadan onun inamıdır. Məhz həmin inamın nəticəsidə Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovn şücafti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu parptlatmış, özü şəhid olmuş və otuz nəfər azərbaycanlı əsəgərini ölümdən xilas etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü il aprelin 12-də axşam televiziya ilə xalqa müraciətində düşmənin mənfur və alçaq niyyətini açıqladı. «Qalx Ayağa» Azərbaycana müraciəti həyacansız dinləmək mümkün deyildi. Heydər Əliyev hamını Vətənin müdafiəsi naminə ayağa qalxmağa səslədi. «Bu gün bütün Azərbaycan xalqına müraciət edirəm, hamıya bildirmək istəyirəm ki, ölkəmizin təhlükə altında olduğunu gərək hamı dərk etsin! Gərək hər kəs ordumuzun, müdafiəmizin möhkəmlənməsi üçün öz payını versin!» Müqəddəs çağırış idi! Bu gündən ön cəbhə ilə arxa cəbhə silahlı döyüşçü yox, respublikamızın hər bir vətəndaşı düşmənə qalib gəlmək üçün var qüvvə ilə çalışmalıdır. Daha geriyə çəkilməyə yer yoxdur. Azğın ermənilər ələ keçirdikləri yaşayış məntəqələrini yandırıb dağıdır, hər yanı xarabalıqlara çevirirlər. Min bir zəhmət bahasına tikilən kənd və qəsəbələrin dağıdılmasına yol vermək olmaz. Öz vətənində, öz torpağını qorumaq uğrunda çarpışan əsgər hər cür düşməndən qat-qat güclüdür! Azərbaycan torpaqlarında müvvəqəti olduqlarını dərk edən ermənilər vəhşiliklər törədirlər. Sülh danışıqlarına gəlməyən, zorakılıqla nəyə isə nail olacağını güman edən yağıya qəti zərbə vurmaq gərəkdir. Bunun üçün hamımız sıx birləşməli, nəhəng bir yumruğa çevrilməliyik. Bunu Ana Vətən tələb edir! Bu gün səfərbərlik yaşına çatmış hər bir gənc çağırış vərəqəsini gözləmədən hərbi komissarlıqlara gəlməli, ələ silah götürərək Vətənin mərd və qeyrətli oğul olduğunu subut etməlidir. Fərari adını kimsə özünə yaxın qoymamalıdır. Azərbaycan torpağında fərariyə yer yoxdur. Bu gün çox ağır şəraitdə, çadır-şəhərciklərdə yaşayan ana və bacılarımız, körpə uşaqlarımız Azərbaycan əsgərlərindən kömək gözləyir. Azərbaycan taleyinin həll olunduğu bu məqamda «İqtidar» və «Müxalifət» də ola bilməz. Bu torpaqda yaşayıb, onun suyundan içən hər bir Vətən övladı üçün indiki halda vahid düşmən vardır. Xalqımızın ümummilli lideri H.Əliyevin müstəsna siyasi müdrikliyi, sarsılmaz qətiyyəti və fövqalədə tədbirləri sayəsində xalq daha bir faciədən xilas oldu, dövlətçilik qorunub saxlanıldı, xaricdən dəstəklənən hərbi-siyasi müxalifətin daha bir cəhdi boşa çıxdı. Dövlətimiz öz qüdrətini nümayiş etdirdi, konstitusiya quruluşuna qarşı yönəldilmiş qiyamın qarşısı alındı, ictimai təhlükəsizlik və sabitlik təmin edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı qətiyyətli Azərbaycan Prezidenti, Ali Baş Komandan İham Əliyev C.Naxçıvanski adına hərbi liseydəki çıxışında vurğuladı ki: «Biz Ermənistan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. İstəyirik ki, beynəlxalq hüquq normaları tətbiq olunsun, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarına qayıda bilsin. Ancaq eyni zamanda, biz güclü ordu yaratmalıyıq. Güclü hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma torpaqlarımızı azad edə bilək!
Ölkəmiz bölgədə lider dövlətə çevrilib İqtisadi potensialımız artır. Beynəlxalq aləmdə siyasi çəkimiz və nüfuzumuz artır. Ordumuz da güclənir. O, daha da güclü olmalı və istənilən anda torpaqlarımızın azad olunmasında iştirak etməlidir. Bizim siysətimiz bundan ibarətdir. Mən sevinirəm ki, Azərbaycanda həm ordumuzun maddi-texniki bazası möhkəmlənir, həm də peşəkar ordu kadrları yetişir». Bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini günü-gündən artırır.Azərbaycan qüdrətli ordunun hesabına itrilmiş torpaqları ilə yanaşı tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq!
VəkilRövşən Qasımov

Baxış sayı: 1 216
Bölməyə aid digər xəbərlər
Bu gün, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
Bu gün, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
Dünən, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
Dünən, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"
3-10-2026, 19:15
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi