14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
4 gün sonra Milli Məclisin iclasıdır - Yaşı 65-i keçən deputatlar sual qarşısında
Tarix: 26-03-2020 12:31 | Bölmə: Siyasət

                  4 gün sonra Milli Məclisin iclasıdır

Milli Məclisin növbəti plenar iclası martın 30-da keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, iclasdan öncə martın 27-də deputatlar test yoxlanışından keçəcək.
İclasın gündəliyində hansı məsələlərin müzakirə ediləcəyi hələlik məlum deyil. Hazırda ictimaiyyəti maraqlandıran əsas məsələ yaşı 65-dən yuxarı olan deputatların iclasda iştirak edib-etməməsidir. 
Bildirək ki, Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilib. 
Deputat Fəzail Ağamalı "Qafqazinfo"ya bildirib ki, əgər imkan yaradılarsa, iclasda iştirak etmək fikri var: "Ancaq bilirsiniz ki, hazırda bununla bağlı qadağa var. Biz təkliflərimizi onlayn da verə bilərik. İstənilən halda yaşı 65-dən çox olan deputatların sayı Milli Məclisdə çoxluq təşkil etmir. Biz iştirak etməsək belə, yetərsay var".
Qeyd edək ki, VI çağırış Milli Məclisin tərkibində yaşı  65 yaşı tamam olmuş və ondan yuxarı deputatların sayı 31 nəfər təşkil  edir.



Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər