Bütün xəbərlər
Elbrus dağında həlak olan iki alpinistin cəsədlərini təxliyə ediblər
Tarix: 26-07-2026 20:46 | Bölmə: Digər

Xilasedicilər Elbrus dağında Bosniya və Herseqovinadan olan iki alpinistin cəsədlərini təxliyə ediblər.
  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardino-Balkariya üzrə Baş İdarəsi "MAX" platformasında məlumat verib.
Cəsədlər Azau talasına çatdırılaraq istintaq qrupuna təhvil verilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri iki alpinistin cəsədlərini Azau talasına təxliyə edərək hüquq-mühafizə orqanlarının müstəntiqlərinə təhvil veriblər.
Son məlumatlara görə, qrup yeddi nəfərdən ibarət idi; əvvəllər ikisi xilas edilmişdi. Pis hava şəraiti — çovğun və fırtına səbəbindən qalan üç qurbanın cəsədi hələ tapılmayıb və təxliyə edilməyib.
Axtarış əməliyyatları 27 iyul səhərinə qədər dayandırılıb.Axtarışların səhər saat 5:00-da davam etdirilməsi planlaşdırılır.
Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Dağ Axtarış-Xilasetmə Qrupundan, "Lider" Mərkəzindən on altı xilasedici, "KAVKAZ.RF" xilasediciləri və yerli bələdçilər axtarışda iştirak ediblər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər