14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Bu gün hansı məntəqələr ləğv olundu?
Tarix: 24-02-2020 20:09 | Bölmə: Siyasət

                     Bu gün hansı məntəqələr ləğv olundu?

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 63 saylı Sabirabad seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Sadıqov Qiyas müraciətində səsvermə günü seçki məntəqələrində müxtəlif seçki pozuntularına yol verildiyini qeyd edib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 28 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 
Qeyd edək ki, həmin dairədə lider namizəd Kamal Cəfərovdur.
***
71 saylı Masallı kənd seçki dairəsindən daxil olmuş müraciətə barədə isə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Əliyev Rüfət müraciətində DSK-nın qərarının ləğv olunmasını xahiş edib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 33 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.
***
94 saylı Bərdə kənd seçki dairəsindən daxil olmuş müraciətə də baxılıb. Məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Əhmədli Dadaş müraciətində DSK-nın qərarının ləğv olunmasını xahiş edib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 1 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.
***
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 108 saylı Ağstafa seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
Məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib. Şikayətçi namizəd Başxanım Abbasova müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 26 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 
Qeyd edək ki, həmin dairədə lider namizəd Nizami Cəfərovdur.
***
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 120  saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 
Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Şikayətçi namizəd Piriyev Şaiq müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki,  36 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 
Qeyd edək ki həmin dairədə lider namizəd Ceyhun Məmmədovdur.



Baxış sayı: 526


Bölməyə aid digər xəbərlər