19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
Pedaqoji Universitetdə “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabın təqdimatı keçirilib
Tarix: 11-03-2019 20:01 | Bölmə: Reportaj

Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomostika Elmi məktəbinin banisi Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak ediblər.
Tədbirdə ADPU-nun prorektoru, professor Asəf Zamanov görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr etmiş, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər hazırlayıb. O bildirib ki, A.Qurbanov doğulduğu Borçalıda 16 yaşında ikən 7 illik məktəbə direktor vəzifəsinə təyin olunub: “Eyni zamanda Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) aspiranturada oxuyarkən elmi fəaliyyətə başlayıb. Əbdüləzəl Dəmirçizadənin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib, daha sonra isə doktorluq dissertasiyasını müdafiə edib. O, qısa müddət ərzində bütün elmi nailiyyətləri qazanıb. A.Qurbanovun Azərbacan Dövlət Pedoqoji Universitetinə rektorluq etdiyi dövrdə (1980-1990) universitet ən yüksək səviyyəyə çatıb. A.Qurbanov həmin dövrdə Universitetin yerləşdiyi küçənin adını dəyişərək Üzeyir Hacıbəyov küçəsi olmasını təklif edib. Ondan əvvəl küçə Şaumyanın adını daşıyıb. Azərbaycanda ümumi dilçilik və Onomastika elmi A.Qurbanovun adı ilə bağlıdır. Biz müəllim və tələbə kollektivi olaraq A.Qurbanovun ruhu qarşısında borcluyuq. A.Qurbanov 70-ə qədər dissertasiya və doktorluq işinin elmi rəhbəri olub. 2450-ə qədər doktorun sırasında A.Qurbanovun ailə üzvlərindən 5 şəxsin olması isə onun elmə necə bağlı biri olduğunun əyani sübutudur”.

Tədbirdə A.Qurbanovun həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film təqdim olunub. Daha sonra onun Azərbaycan Əlifbasının yardılmasında göstərdiyi xidmətlərdən bəhs edən sənədli film nümayiş olunub.
Sonra filologiya elmləri doktoru, professor Buludxan Xəlilov çıxışında A.Qurbanovun həyat və yaradıcılığının gələcəkdə öyrənilməsinin yollarından danışıb. Müəllif nəşr etdiyi monoqrafiyasında ustadı barədə xatirələrini, onun çoxşaxəli yaradıcılıq irsini, yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, nitq mədəniyyəti, şəxsi adlar ensiklopediyası, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqini açıqlayıb: “A.Qurbanovun xarakterindəki müsbət keyfiyyətlərin formalaşmasında, bəlkə də, onun hərbiçi ailəsində dünyaya göz açmasının böyük rolu olub. O, ötən əsrin 50-ci illərində elmi yaradıcılığa başlayanda dilçilik elmində təlatümlər mövcud idi. Çünki müxtəlif ideologiyaların kölgəsi altında dilçilik elmi büdrəmişdi. A.Qurbanovun dissertasiya işləri bu gün Azərbaycan dilinin qürurlu dil olduğunu bir daha sübut etdi. A.Qurbanov hər zaman dönə-dönə deyib ki, dilimiz milli varlığımızdır. A.Qurbanov Azərbaycan dilçilik elmində qeyri-adi yol getmiş adamdır. O, qəfildən yolunu dəyişib onomastika elmi ilə bağlı tədqiqatlara başlayıb. Daha sonra Onomastik Elmi Mərkəzi yaradıb. Onomologiya sahəsinin banisi A.Qurbanov olduğu sonradan bu sahəyə gələnlərin hamısı A.Qurbanovu təqlid etməyə başladılar. Afad müəllimin yaradıcılığı eyni zamanda nitq mədəniyyəti ilə də bağlıdır. O, nitq mədəniyətinin proqramını yaradıb. Onun təklifi ilə ilk dəfə olaraq Filologiya fakültəsində nitq mədəniyyəti fənn kimi tədris olunmağa başladı. Afad müəllim öz həmyaşıdları içərisində seçilən alim olub. Deyilənə görə, insan ruhunun çəkisi 21 qramdır. Mən hesab edirəm ki, A.Qurbanovun ruhunun çəkisi çox ağırdır. Onun elm adamı kimi həyat və yaradıcılığına nəzər yetirdikdə sürətli templə yorulmadan yazıb yaratmaqla məşğul olduğunu müşahidə edə bilərik. Afad müəllim ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub. Onların ikisinin üz-üzə dayanmış bir fotosu da var. Afad müəllim Filologiya fakültəsinin siması olub. Bu il Afad müəllimin ilidir”.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova çıxışında bildirib ki, A.Qurbanovun tələbələrindən biri olub. Onun sözlərinə görə, akademik Afad Qurbanovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişaf tarixində də misilsiz xidmətləri olub: “Mən Afad müəllimin tələbəsi olmaqla fəxr edirəm. Qürur hissi duyuram ki, bir zamanlar Afad müəllimin mənə öyrətdiklərini mən də digər tələbələrə öyrədirəm.Tələbəlikdən rektorluğa qədər 60 ilə yaxın yol keçən Afad Qurbanov bu təhsil müəssisəsi üçün tarixi işlər görüb. O, pedaqoji universitetdə tələbə, aspirant, assistent, müəllim, dosent, professor, dekan müavini, on üç il Filologiya fakültəsinin dekanı, otuz il “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, doqquz il rektror və Azərbaycan SSR-i Ali Məktəblər Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini, habelə filologiya və pedaqogika elmləri üzrə o zaman üçün yeganə ixtisaslaşdırılmış müdafiə şuralarının sədri vəzifələrində çalışıb. XX əsrin 70-80-ci illərində ADPU-ya rəhbərlik etdiyi dövrdə institut tamamilə yenidən qurulub, tədris yüksək səviyyəyə qaldırılıb, yeni kafedralar (fakültələr) yaradılıb, sədr olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənib, ölkədə təhsil müəssisələrinin tarixində ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa edilib, yataqxanalar əsaslı şəkildə təmir olunub, Qafqazda birinci, SSRİ-də dördüncü Fərbi fakültə yaradılıb. İnstitut Azərbaycan SSR-i Ali Sovet Rəyasət Heyətinin "Fəxri Fərman"ı ilə təltif olunub və o dövrdə institutun yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda Ümummilli lider Heydər Əliyev institutun Qırmızı Əmək Bayrağına order sancıb”.
ADPU-nun Azərbaycan dilçilik kafedrasının müdiri, professor Nizami Xudiyev qeyd edib ki, tədbirin keçirilməsinin əsas məqsədi Əzizxan Tanrıverdinin tərtib etdiyi “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabın təqdimat günüdür: “A.Qurbanov mənim müəllimim olub. Amma biz eyni zamanda onunla uzun illər birlikdə çalışmışıq. Afad müəllim indi mən rəhbərlik etdiyim kafedranın müdiri olub. Amma sonradan onu mən əvəz etmişəm. Mən, demək olar ki, Afad müəllimin həyat yolunun davamçısıyam. Azərbaycan Əlifbası qəbul olunanda ziddiyyətli fikirlər yayılmışdı. Amma Afad müəllim bu ziddiyyətli fikirlərə son qoydu. Onun təklifi qəbul olundu. A.Qurbanov kimi hamı uzun ömür yaşaya bilər, amma onun kimi şərəfli yol keçənlərin sayı azdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstititunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli bildirib ki, A.Qurbanovun rektorluq etdiyi dönəmdə Universitetdə 17 konfrans keçirilib: “Amma, təəssüflər olsun ki, 17-ci konfransda iştirak edə bilmədi. Konfransın keçirilməsinə 8 gün qalmış A.Qurbanov dünyasını dəyişdi. Azərbaycan Əlifbasını hazırlamaq Afad Qurbanova tapşırılıb. Afad Qurbanova həmin ərəfədə sual veriblər ki, niyə Azərbaycan latın əlifbasına keçməlidir? Afad müəllim də Azərbaycanın müstəqil dövlət olduğunu bilməyənlərin nəzərinə çatdırıb. O, bununla da milli əlifbamızın əsasını qoydu. Afad müəllimin gətirdiyi yeniliklər və xidmətlərin rolu böyükdür. Bu gün də dilçilik, yaxud da Onomastika deyəndə ilk ağıla gələn Afad Qurbanov olur”.
Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib ki, A.Qurbanov Azərbaycan xalqının dilini, mədəniyyətini, tarixini bütün dünyaya çatdıran şəxs olub: “Bizim dilimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasına Afad müəllimin böyük rolu olub. Afad müəllimin yaradıcılığı təkcə türkologiya ilə bağlı deyil. Afad Qurbanov dilçi korifeylər haqqında tədqiqatlar aparıb. A.Qurbanov müxtəlif mövzularda uzun tədqiqatlar aparmışdı. Azərbaycanda dilçiliyin tarixi, dilçilik nəzəriyyəsindən bəhs edən kitablar ilk dəfə olaraq Afad Qurbanov tərəfindən yazılıb. A.Qurbanov Ural-Altay dil ailəsini ilk dəfə olaraq türk dilləri qurupuna daxil etmişdi. Dillərin təhlilinə də ilk dəfə olaraq A.Qurbanov tərəfindən başlanılıb. A.Qurbanovun gətirdiyi nəzəriyyədə dil və təfəkkür önə çəkilib. O, təkcə Onomologiya məktəbini yaratmaiıb, eyni zamanda Azərbaycan dilçilik elminin bünövrəsini möhkəmləndirib. A.Qurbanovun türkologiya elmində göstərdiyi xidmətlər saysız-hesabsızdır. Bütün bunlar onun tarixi şəxsiyyət olduğunun bariz nümunəsidir”.
Azərbaycan Dövlət Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev bildirib ki, A.Qurbanov heç kimə nəsib olmayan həyatı yaşayıb: “Afad müəllim bir ömür yaşamayıb. O, hələ də yaşayır. Tələbələrinin, sevdiklərinin, elm adamlarının qəlbində yaşayır”.

Baxış sayı: 951
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR