17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
Bu il Azərbaycanda 100 milyon dollarlıq 4 gəmi və neft tankerinin təhvil verilməsi planlaşdırılır
Tarix: 23-01-2019 16:18 | Bölmə: Reportaj
Bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün dəyəri 82 mln. dollar təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln.dollar təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında deyib.
İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatdırılıb.
Dövlət başçısının tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarının, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.
Nazir qeyd edib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti - “SOCAR karbamid” zavodu istifadəyə verlib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.
“Yaşıl iqtisadiyyat”ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb.
Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 mln. manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir.
Bu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 mln. manat investisiya yatırılacaq və 20-ə yaxın iş yeri yaradılacaq.
2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub.
Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.
Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident “Absheron Saffron Ltd” MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcəkdir. Müəssisədə 50 yeni iş yeri açılacaq.
İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir.
2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 mln. manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.
Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 mln. manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 mln. manat özəl investisiya yatırılacaqdır.
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.
Şahin Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcəkdir.
5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam edir və 2019-cu ildə fəaliyyətə başlayacaqdır. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.
Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yem emalı müəssisəsi tikilib, türk iş adamları ilə birlikdə kiçik istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Arıçılıq təsərrüfatları lazimi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri ilə, avadanlıq, toxum, dərman preparatları və s. təmin edilib. Bu layihələrin reallaşdırılması nəticəsində istehsal olunan məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılır. Hazırda ümumi sahəsi 750 m2 olan suvenir istehsalı müəssisəsinin tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bal emalı mobil emalatxanasının yaradılması işləri həyata keçirilir.
Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də ölkənin nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri davam etdirilib. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib.
2018-ci ilin may ayında dövlət başçısının iştirakı ilə açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir.
2018-ci ildə ölkə ərazisindən 9,3 mln. ton tranzit yük daşınıb. Ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alinib.
Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər,islahatlar davam etdirilib.
2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib. Ötən il martında “Lisenziyalar və icazələr” portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.
2018-ci ildə “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya qurumlarının və publik hüquqi şəxslərin 17 qrant müqaviləsi qeydiyyata alınıb.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib.
İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41%-i kənd təsərrüfatı, 59%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.
Ötən 2018-ci ildə isə, sahibkarlara investisiya dəyəri 801 mln. manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.
“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 46-sı 2018-ci ildə olmaqla, indiyədək 379 sahibkar və menecer Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçib. Kollegiya iclasında qeyd edilib ki, Proqram çərçivəsində gənc sahibkar və menecerlər 2019-ci ildə də Almaniyada ixtisasartırma kurslarına göndəriləcək. 16 sahibkar və menecerdən ibarət birinci qrup martın sonunda Almaniyaya yola düşəçək.
2018-ci ildə Yevlaxda yerləşən Aran Regional İnkişaf Mərkəzində 21 gənc biznes sahəsində biliklərini artırıb. İndiyədək 65 gənc bu imkanlardan yararlanıb.
Ötən il Bakıda və ölkə regionlarında 2,5 mindən çox dinləyicinin iştirakı ilə biznes planların və investisiya layihələrinin hazırlanması, marketinq, menecment, brendləşdirmə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və s. mövzularda 88 tədbir keçirilib, məsləhət xidmətləri göstərilib.
İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara 54 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərin böyük əksəriyyəti artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin “E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür.
Kollegiya iclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün hər il olduğu kimi, ötən ildə də sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 600-dən çox sahibkarın iştirakı ilə 21 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 mln. manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır.
Verilmiş kreditlərin 64,3%-i respublikanın regionlarının, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
Son illər Fond tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir.
Ümumilikdə isə, indiyədək layihələrinin ümumi dəyəri 5 mlrd. manatdan çox olan 36 mınə yaxın sahibkara 2,3 mlrd. manatadək güzəştli kredit verilib.
Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi barədə tapşırıqlar verilib.
Baxış sayı: 799
Bölməyə aid digər xəbərlər

21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR