Bütün xəbərlər
Sumqayıtda şəhid Sərxan Əliyevin 25 yaşı qeyd olunub-VİDEO+FOTOLAR
Tarix: 18-01-2023 01:18 | Bölmə: Reportaj
Baş redaktor Namiq MƏMMƏDLİ


Sumqayıt şəhərində Kərbəlayi şəhid Sərxan Əliyevin üçüncü doğum günü-25 yaşı qeyd olunub.

                      
                      
                      

Əvvəlcə şəhid ailələri,ictimayyət nümayəndələri,ziyalılar onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

                      
                      
                      

Sonra Heydər Əliyev Mərkəzində şəhidə həsr olunmuş tədbir davam edib.
Şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

                       
                       
                       
Tədbirdə şəhidin vaxtilə oxuduğu Təfəkkür liseyinin və 13 nömrəli tam orta məktəbin müəllim və şagir kollektivi iştirak edib. Şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər.

                         
                         
                         

Təfəkkür liseyinin direktoru Qönçə Səftərova, Teyyub müəllim, 13 nömrəli məktəbin müəllimi Elşad müəllim şəhid haqqında xatirələrini danışıblar.
Şəhid anası Ceyran Axundova, şəhid anası Maisə Həsənquliyeva çıxış ediblər. Maisə xanım,Məlahət xanım,Arzu xanım şəhidə həsr olunmuş şeirlər söyləyiblər.

                         
                         
                         
Sumqayıt Regional Mədəniyyət İdarəsini təmsil edən müğənnilər vətənə və şəhidlərə həsr olunmuş mahnılar ifa ediblər.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

https://www.facebook.com/namiq.
memmedli.9/videos/870716114257223


                          
                          
                          













Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər