Bütün xəbərlər
Birinci Qarabağ müharibəsi şəhidi Natiq Baxşalıyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
Tarix: 29-11-2022 01:27 | Bölmə: Reportaj

Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Birinci Qarabağ müharibəsinin şəhidi Baxşalıyev Natiq Əliş oğlunun doğum günü keçirilib.Tədbirdə


                      
şəhidin ailə üzvüləri, yaxınları,ictimayyət nümayəndələri iştirak ediblər.
Bölgə qazısı Hacı Rauf Sərdarav şəhidin məzarı başında çıxışında deyib:"  "Bütün şəhidlər bizim qürur,şərəf yerimizdir. Fərqi yoxdur birinci-ikinci Qarabağ müharibəsi şəhidləri.Bu gün 500-dən artıq şəhid uyuyur bu Şəhidlər Xiyabanında. Bura bizim ziyarətgah, pir,ocaq yerimizdir. Bu gün şəhidin balası Xəyal burdadır. Mən onu çox gözəl tanıyıram. Deyir, ot kökü üstə bitər. İkinci Qarabağ müharibəsində olan şəhidlərimiz, məhz birinci Qarabağ müharibəsində olan şəhidlərimizin qisasını,intiqamını aldı. Biz bu gün bu şəhidlərin,nurunda, işığında qızınırıq. O gün olsun ki, şəhidimizin qanı töküldüyü torpaqda, ərazidə- gedək onun üçün dua edək". 
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az


















Baxış sayı: 483


Bölməyə aid digər xəbərlər