Bütün xəbərlər
XTQ-nın şəhid leyetenantı Elnur Səmədovun qırx mərasimi keçirildi-FOTOLAR
Tarix: 24-10-2022 20:07 | Bölmə: Reportaj
Baş redaktor Namiq MƏMMƏDLİ


   Sumqayıt şəhərində yaşadığı mikrarayonun ərazisində XTQ-nın şəhid leyetenantı Elnur Səmədovun qırx mərasimi keçirilib.
Tədbirdə çəhid ailələri,qazilər,ictimayyət nümayəndələri, 23 nömrəli tam orta məktəbin rəhbərliyi və bir qrup şagirdləri, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər məsul şəxslər iştirak ediblər.
   

Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Ailəli idi. Bir oğlu və bir qızı var idi.Elnur Səmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb.
     


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
   

 Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

























Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər