22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Sumqayıtda şəhid Pərvin Babayevin doğum günü qeyd olundu-VİDEO
Tarix: 26-09-2022 22:06 | Bölmə: Reportaj

Baş redaktor Namiq MƏMMƏDLİ


Sumqayıtda "Esmira" şadlıq evində şəhidlik zirvəsinə ucalmış Pərvin Babayevin doğum günü keçirilib.
Şəhidin vaildeynləri, yaxınları, şəhid ailələri, Sumqayıt İcra Hakimiyyətinin nümayəndələri, tədbirdə iştirak ediblər.

                     

Sonra "Esmira" şadlıq evində davam edən tədbirdə Dövlət himni səsləndirilib. Şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Quran oxunub.
Pərvin Hüseyn oğlu Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə


                     

Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.



Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Babayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

                       

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az












Baxış sayı: 520


Bölməyə aid digər xəbərlər