Bütün xəbərlər
Sumqayıtda Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Elnur Səmədovun yas mərasimi keçirilib
Tarix: 23-09-2022 23:12 | Bölmə: Reportaj

Baş redaktor Namiq MƏMMƏDLİ



     Sumqayıt şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədovun yas mərasimi keçirilib.
     Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, jurnalistlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
      Tədbirdə şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

       Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. E.Səmədov düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Sabaha-inamla.az













Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər