18:19 / 14-09-2026
İki gənc əkiz qardaş ölü tapıldı
18:16 / 14-09-2026
İnsult keçirən turist vertolyotla tez bir zamanda təxliyə edildi
18:12 / 14-09-2026
Ukrayna Kanada tərəfindən zəmanət verilən 841 milyon dollarlıq maliyyə yardımı alacaq
18:08 / 14-09-2026
Almaniya Müdafiə Nazirliyi Litvadakı briqada üçün zorla əsgər toplayacaq
18:06 / 14-09-2026
İki NATO kəşfiyyat təyyarəsi patrul xidməti göstərir
18:03 / 14-09-2026
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
18:00 / 14-09-2026
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
17:56 / 14-09-2026
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
17:52 / 14-09-2026
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
17:49 / 14-09-2026
Bir qız süni ağac oyuğunda ilişib qalıb və xilasedicilər ona kömək ediblər
17:44 / 14-09-2026
Avtobus qəzasında doqquz nəfər yaralanıb
17:41 / 14-09-2026
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
17:37 / 14-09-2026
Ər arvadını boğub
17:34 / 14-09-2026
Qazanxanada baş verən baş verən yanğında bir kişi və bir qadın həlak olub
17:28 / 14-09-2026
Ağac yoldan keçənlərin üzərinə aşıb, bir nəfər yaralanıb
17:25 / 14-09-2026
Hollandiyada 150 sərnişin daşıyan qatar yük maşını ilə toqquşub
17:22 / 14-09-2026
FSB Ukraynadan qara bazara neçə silahın yol tapdığını hesablayıb
17:15 / 14-09-2026
"Cessna" təyyarəsi qəzaya uğrayıb, ölənlər var
17:09 / 14-09-2026
ABŞ Hörmüz boğazının gündə 10 milyon barelə qədər neft daşıdığını bildirib
17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
İlk şəhid həkim, baş leytenant Şöhrət Qasımovun yubileyi keçirildi-VİDEO
Tarix: 17-08-2022 19:21 | Bölmə: Reportaj






https://www.facebook.com/namiq.
memmedli.9/videos/5506430912752740 -Canlı yayım
https://www.facebook.com/namiq.memmedli.
9/videos/1663943663976980 -Canlı yayım
https://www.facebook.com/namiq.
memmedli.9/videos/2346523505524889--Canlı yayım

Sumqayıt şəhərində "Esmira" şadlıq evində şəhidlik zirvəsinə ucalmış Şöhrət Şakir oğli Qasımovun doğum günü-30 illik yubileyi keçirilib.
Əvvəlcə şəhid ailələri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi, ictimayyət nümayəndələri, jurnalistlər şəhidin məzarını ziyarət ediblər, ora gül dəstələri qoyublar. Məktəblilər məzarın qarşısında şeir söyləyiblər.
"Esmira" çadlıq evində davam etdirilən tədbirdə isə Quran oxunub, Dövlət himni səslənib. Şəhidin arta və ali məktəb müəllimləri, döyüş yoldaşları onun haqqında xatirələrini danışıblar. Şəhid atası Hacı Əhməd isə bir neçə şeir söyləyib.

Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur.
2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb.
Baş redaktor Namiq MƏMMƏDLİ
Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir.
2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabrda hərbi həkim baş leytenant Şöhrət Qasımov şəhid olmuşdur. Baş leytenant tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu .16.08.1992-ci ildə Gədəbəy rayonunda anadan olub. 1998-ci ildə Sumqayıt şəhərində 18 saylı orta məktəbin 1-ci sinifinə daxil olub.2004-cü ildə Cəbrayıl rayonun 5 saylı məktəbində təhsilini davam etdirir.Həmin məktəbi təmsilən keçirilən kimya fənni üzrə respublika olimpiyadasini 3 culukle başa vurur. Əlaçı şagird olduğu üçün dəfələrlə Fəxri fərmanlarala təltif edilir. Müəllimlərinin sevimlisinə çevrilir. Hərbi üslubda çəkilmiş filmlərə baxmağı çox sevirdi. Boş zamanlarında tibbi kitablarla yanaşı dedektiv romanları mütaliəyə etməyi çox sevirdi.
2009 ci ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirir. Hərbiçi olmaq arzusu idi. Ancaq insanların həyatını xilas etmək də onun arzuları arasında idi. Və o Həmin ili yüksək balla Azərbaycan Tibb Universitetinin Hərbi tibba fakültəsinə qəbul olur. Qrup nümayəndəsi seçilir. Qısa zamanda universitetində də hər kəsin sevimlisinə çevrilir. Şöhretin qrup numaydəsi olduğu qrupu müəllimləri 'Generallar qrupu' adlandırırdı. Imtahanlarda yüksək nəticələr əldə edir. Həftə sonları tibbi biliklərini təkmilləşdirilmek üçün praktikalar keçirdi. Savadlı həkim olmağa çalışırdı. Bundan başqa idmanının güləş növünü də çox sevirdi, boş vaxtlarında güləşlə məşğul olurdu.
2015-ci ildə Universiteti müvəffəqiyyətlə bitirib Tibb xidməti leytenanti ali rütbəsini alıb. Həmin ili Müdafiə nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 3 ay sonra Tərtər rayonunun ön xəttində yerləşən hərbi hissəninde xidmət etməyə başlayıb. O, tez- tez Mübariz İbrahimovun keçib getdiyi postdan onu şəhid olduğu yerlərə baxıb döyüş yoldaşlarina məhz ora Üçrəngli bayrağımızı sancmaği arzu etdiyini deyirdi. Aprel döyüşləri zamanı döyüşlərində iştirak edib. Döyüşlərdən sonra yaradılmış "Həmlə taboru"nun yaradılmasında müstəsna rol oynamış həmin taborun məntəqə rəisi təyin olunur. Taborun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ təlimi səhra təlimi və digər çətin relyeflədə bütün tapşırıqları yerinə yetirir. Normativləri xüsusi dərəcələrlə tamamlayır. Komandirləri tərəfindən dəfələrlə Fəxri fərmanlarala təltif

olunur. O, xidmət dövründə hamının rəğbətini qazanır, əsgərlərinə hər zaman xüsusi münasibəti ilə seçilirdi. Əsgərlərinin sevimli komandirinə çevrilmişdir. Həm həkim, həm də hərbçi kimi iki müqəddəs peşənin də öhdəsindən layiqincə gəlirdi. Hər zaman ön xəttə xidmətə can atan Qasımov 2017- ci ildə SAT ( Su Altı Taaruz) xüsusi təyinatlıların kursuna qatılmaq istəyir, lakın səhhətində yaramış problemə görə həkim komissiyasınindan keçə bilmir. Bu hadisə onu daxildən sarsıdır. Elə həmin ay yenidən Tərtər rayonunun ön xəttə yerləşən N saylı hərbi hissəsində yenidən xidmət etməyə başlayır. 2018-ci ildə baş leytenant hərbi rütbəsi verilib. Həmin ili Azərbaycan ordusunun yaradılması 100 illiyinə həsr olunmuş "Azərbaycan ordusunun 100 illiyi yubiley medalı" ilə təltif olunub. Qısa zamanda Tibb xidməti rəisi Vəzifəsinə qədər yüksəlir.
2019-cu ildə o ilk xidmət etdiyini Yevlax rayondakı N saylı hərbi hisssinədə yenidən xidmətini davam etdirir. Torpaqlarımızı işğal altında olmağı onu çox narahat edirdi. İyul döyüşləri zamanı o artıq başa düşür ki, vaxt gəlib çatıb. Müharibə qaçılmazdır, biz torpaqlarımızı işğaldan azad etməliyik. O şəxsi heyətin mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirir. Bütün əsgər zabiti heyətinə hər gün tapşırıq verir ki, hamı bir nəfər kimi hazır olmalıdır. Onun bir çıxışı isə bütün şəxsi heyyətin yaddaşlarına həkk olunur. "Bu Vətən bu torpaq bizimdir. Biz necə doğmalarimizi övladlarımızı sevirik, vətəni də elə sevib, lazim olan zaman canımız bahasına olsa da onu qorumalıyıq. Bu gün biz torpaqlarımızı işğaldan azad etməliyik ki, o gələcək nəsillərə qalmasın. Lazım olsa Şəhid olmalıyıq ki, bizim övladlarımız Şəhid olmasın. Bu bizim vicdan borcumuzdur".

Sentyabrın 27-si Vətən müharibəsinə öz şəxsi heyyətini aparmağıni onun son dəfəki çıxışını əsgərlərindən biri belə xatırlayır. "Cənab baş leytenant bizi qürurla sevinc hissi ilə sıraya düzülüb artıq vaxtın çatdığını vətənin müdafiəsinə qalmağın lazım olduğunu söylədi. Hər kəsdə elə bir inanc ruh yüksəkliyi yaratdı ki, biz Vətən uğrunda ölməyə belə hazır idik. Hamıdan öndə döyüşə yollandı".
Vətəni sevən vətənpərvər həkiminiz Milli qəhrəman Murad Mirzəyevin şərəfinə oğluna Murad adını qoymuşdur. Həmişə deyirdi ki, bu məsələ məhz indi həll olunmalıdır, onu gələcək nəsillərə qoymaq olmaz. Son sözü isə belə olur. "Mən indi şəhid olmasam, sabah oğlum olacaq, ona görə də üzərimə düşən hər şeyi edəcəm". Elə də oldu.

Ilk şəhid həkim, tibb xidməti rəisi, baş leytenant Qasımov Şöhrət 29.09.2020 tarixində Suqovuşanda şəhid oldu. O, yüzlərlə yaralı əsgər və zabitlərə yardım göstərir. Yaralı şəhid fərqi olmadan neçə- neçə insanları döyüş meydanında çıxarır. Qorxmaz cəsur Həkim Qasımov Neytral ərazilərə qədər gedib çıxır. Yüzlərlə yaralıları döyüş meydanından çıxarır. Həmin günü 3 defə xüsusi tapşırıq yerinə yetirir, sonucu dəfə yaralı təxliyə etməyə gedərək erməni tankı ilə üz-üzə gəlir. O, qəhrəmancasına döyüşərək şəhid olur. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edir. maşının üstündə olmağına baxmayaraq qaçmır əksinə üzərində olan xidməti silahla sona qədər vuruşur. Hətta düşmənin 2 nəfər canlı qüvvəsini məhv edərək Şəhidlik zirvəsinə ucalır. DNT analizi ilə müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra Ali baş komandanının sərəncamına ilə Azərbaycan respublikasına sadiqliyinə görə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan respublikasının 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və "Vətən uğrunda" medalı, "Suqovuşanin azad olunmasına görə" medalı ilə təltif olunub.
Ailəli idi vətənə əmanət 2 övladı var. Oğlu 4, qızı isə 1 yaşındadır.
Ən böyük arzusu oğlu Muradın idmançı olmağı idi. Onun bir gün dünya səviyyəli yarışda bayrağımızı dalgalandirmagini görmək istəyirdi. Ancaq Vətən sevgisinə peşə andına sadiq qalaraq Vətən uğrunda Şəhid oldu.
9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
Baxış sayı: 1 371
Bölməyə aid digər xəbərlər
Tarix: 17-08-2022 19:21 | Bölmə: Reportaj






https://www.facebook.com/namiq.
memmedli.9/videos/5506430912752740 -Canlı yayım
https://www.facebook.com/namiq.memmedli.
9/videos/1663943663976980 -Canlı yayım
https://www.facebook.com/namiq.
memmedli.9/videos/2346523505524889--Canlı yayım

Sumqayıt şəhərində "Esmira" şadlıq evində şəhidlik zirvəsinə ucalmış Şöhrət Şakir oğli Qasımovun doğum günü-30 illik yubileyi keçirilib.
Əvvəlcə şəhid ailələri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi, ictimayyət nümayəndələri, jurnalistlər şəhidin məzarını ziyarət ediblər, ora gül dəstələri qoyublar. Məktəblilər məzarın qarşısında şeir söyləyiblər.
"Esmira" çadlıq evində davam etdirilən tədbirdə isə Quran oxunub, Dövlət himni səslənib. Şəhidin arta və ali məktəb müəllimləri, döyüş yoldaşları onun haqqında xatirələrini danışıblar. Şəhid atası Hacı Əhməd isə bir neçə şeir söyləyib.

Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur.
2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb.
Baş redaktor Namiq MƏMMƏDLİUniversiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir.
2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabrda hərbi həkim baş leytenant Şöhrət Qasımov şəhid olmuşdur. Baş leytenant tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu .16.08.1992-ci ildə Gədəbəy rayonunda anadan olub. 1998-ci ildə Sumqayıt şəhərində 18 saylı orta məktəbin 1-ci sinifinə daxil olub.2004-cü ildə Cəbrayıl rayonun 5 saylı məktəbində təhsilini davam etdirir.Həmin məktəbi təmsilən keçirilən kimya fənni üzrə respublika olimpiyadasini 3 culukle başa vurur. Əlaçı şagird olduğu üçün dəfələrlə Fəxri fərmanlarala təltif edilir. Müəllimlərinin sevimlisinə çevrilir. Hərbi üslubda çəkilmiş filmlərə baxmağı çox sevirdi. Boş zamanlarında tibbi kitablarla yanaşı dedektiv romanları mütaliəyə etməyi çox sevirdi.
2009 ci ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirir. Hərbiçi olmaq arzusu idi. Ancaq insanların həyatını xilas etmək də onun arzuları arasında idi. Və o Həmin ili yüksək balla Azərbaycan Tibb Universitetinin Hərbi tibba fakültəsinə qəbul olur. Qrup nümayəndəsi seçilir. Qısa zamanda universitetində də hər kəsin sevimlisinə çevrilir. Şöhretin qrup numaydəsi olduğu qrupu müəllimləri 'Generallar qrupu' adlandırırdı. Imtahanlarda yüksək nəticələr əldə edir. Həftə sonları tibbi biliklərini təkmilləşdirilmek üçün praktikalar keçirdi. Savadlı həkim olmağa çalışırdı. Bundan başqa idmanının güləş növünü də çox sevirdi, boş vaxtlarında güləşlə məşğul olurdu.
2015-ci ildə Universiteti müvəffəqiyyətlə bitirib Tibb xidməti leytenanti ali rütbəsini alıb. Həmin ili Müdafiə nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 3 ay sonra Tərtər rayonunun ön xəttində yerləşən hərbi hissəninde xidmət etməyə başlayıb. O, tez- tez Mübariz İbrahimovun keçib getdiyi postdan onu şəhid olduğu yerlərə baxıb döyüş yoldaşlarina məhz ora Üçrəngli bayrağımızı sancmaği arzu etdiyini deyirdi. Aprel döyüşləri zamanı döyüşlərində iştirak edib. Döyüşlərdən sonra yaradılmış "Həmlə taboru"nun yaradılmasında müstəsna rol oynamış həmin taborun məntəqə rəisi təyin olunur. Taborun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ təlimi səhra təlimi və digər çətin relyeflədə bütün tapşırıqları yerinə yetirir. Normativləri xüsusi dərəcələrlə tamamlayır. Komandirləri tərəfindən dəfələrlə Fəxri fərmanlarala təltif

olunur. O, xidmət dövründə hamının rəğbətini qazanır, əsgərlərinə hər zaman xüsusi münasibəti ilə seçilirdi. Əsgərlərinin sevimli komandirinə çevrilmişdir. Həm həkim, həm də hərbçi kimi iki müqəddəs peşənin də öhdəsindən layiqincə gəlirdi. Hər zaman ön xəttə xidmətə can atan Qasımov 2017- ci ildə SAT ( Su Altı Taaruz) xüsusi təyinatlıların kursuna qatılmaq istəyir, lakın səhhətində yaramış problemə görə həkim komissiyasınindan keçə bilmir. Bu hadisə onu daxildən sarsıdır. Elə həmin ay yenidən Tərtər rayonunun ön xəttə yerləşən N saylı hərbi hissəsində yenidən xidmət etməyə başlayır. 2018-ci ildə baş leytenant hərbi rütbəsi verilib. Həmin ili Azərbaycan ordusunun yaradılması 100 illiyinə həsr olunmuş "Azərbaycan ordusunun 100 illiyi yubiley medalı" ilə təltif olunub. Qısa zamanda Tibb xidməti rəisi Vəzifəsinə qədər yüksəlir.
2019-cu ildə o ilk xidmət etdiyini Yevlax rayondakı N saylı hərbi hisssinədə yenidən xidmətini davam etdirir. Torpaqlarımızı işğal altında olmağı onu çox narahat edirdi. İyul döyüşləri zamanı o artıq başa düşür ki, vaxt gəlib çatıb. Müharibə qaçılmazdır, biz torpaqlarımızı işğaldan azad etməliyik. O şəxsi heyətin mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirir. Bütün əsgər zabiti heyətinə hər gün tapşırıq verir ki, hamı bir nəfər kimi hazır olmalıdır. Onun bir çıxışı isə bütün şəxsi heyyətin yaddaşlarına həkk olunur. "Bu Vətən bu torpaq bizimdir. Biz necə doğmalarimizi övladlarımızı sevirik, vətəni də elə sevib, lazim olan zaman canımız bahasına olsa da onu qorumalıyıq. Bu gün biz torpaqlarımızı işğaldan azad etməliyik ki, o gələcək nəsillərə qalmasın. Lazım olsa Şəhid olmalıyıq ki, bizim övladlarımız Şəhid olmasın. Bu bizim vicdan borcumuzdur".

Sentyabrın 27-si Vətən müharibəsinə öz şəxsi heyyətini aparmağıni onun son dəfəki çıxışını əsgərlərindən biri belə xatırlayır. "Cənab baş leytenant bizi qürurla sevinc hissi ilə sıraya düzülüb artıq vaxtın çatdığını vətənin müdafiəsinə qalmağın lazım olduğunu söylədi. Hər kəsdə elə bir inanc ruh yüksəkliyi yaratdı ki, biz Vətən uğrunda ölməyə belə hazır idik. Hamıdan öndə döyüşə yollandı".
Vətəni sevən vətənpərvər həkiminiz Milli qəhrəman Murad Mirzəyevin şərəfinə oğluna Murad adını qoymuşdur. Həmişə deyirdi ki, bu məsələ məhz indi həll olunmalıdır, onu gələcək nəsillərə qoymaq olmaz. Son sözü isə belə olur. "Mən indi şəhid olmasam, sabah oğlum olacaq, ona görə də üzərimə düşən hər şeyi edəcəm". Elə də oldu.

Ilk şəhid həkim, tibb xidməti rəisi, baş leytenant Qasımov Şöhrət 29.09.2020 tarixində Suqovuşanda şəhid oldu. O, yüzlərlə yaralı əsgər və zabitlərə yardım göstərir. Yaralı şəhid fərqi olmadan neçə- neçə insanları döyüş meydanında çıxarır. Qorxmaz cəsur Həkim Qasımov Neytral ərazilərə qədər gedib çıxır. Yüzlərlə yaralıları döyüş meydanından çıxarır. Həmin günü 3 defə xüsusi tapşırıq yerinə yetirir, sonucu dəfə yaralı təxliyə etməyə gedərək erməni tankı ilə üz-üzə gəlir. O, qəhrəmancasına döyüşərək şəhid olur. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edir. maşının üstündə olmağına baxmayaraq qaçmır əksinə üzərində olan xidməti silahla sona qədər vuruşur. Hətta düşmənin 2 nəfər canlı qüvvəsini məhv edərək Şəhidlik zirvəsinə ucalır. DNT analizi ilə müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra Ali baş komandanının sərəncamına ilə Azərbaycan respublikasına sadiqliyinə görə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan respublikasının 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və "Vətən uğrunda" medalı, "Suqovuşanin azad olunmasına görə" medalı ilə təltif olunub.
Ailəli idi vətənə əmanət 2 övladı var. Oğlu 4, qızı isə 1 yaşındadır.
Ən böyük arzusu oğlu Muradın idmançı olmağı idi. Onun bir gün dünya səviyyəli yarışda bayrağımızı dalgalandirmagini görmək istəyirdi. Ancaq Vətən sevgisinə peşə andına sadiq qalaraq Vətən uğrunda Şəhid oldu.
9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
Baxış sayı: 1 371
Bölməyə aid digər xəbərlər
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR


















