Bütün xəbərlər
Azərbaycanın milli qəhrəmanı,şəhid general-mayor Polad Həşimovun anım günü olub
Tarix: 16-07-2022 02:52 | Bölmə: Reportaj


    Bu gün Azərbaycanın milli qəhrəmanı,şəhid general-mayor Polad Həşimovun anım günü olub.

                       

İkinci Fəxri Xiyabanda keçirilən tədbirdə Polad Həşimovun ailə üzvüləri, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, şöbə müdiri Gündüz Əliyev, Tərlan Hacızadə, icra nümayəndəsi Ceyhun Məmmədov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xüsusi Təyinatlıların Qaziləri Şəhid Ailələri və Veteranları İctimai Birliyin sədri Oktay Mirəlizadə,digər məsul şəxslər və üzvlər, şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri,jurnalistlər iştirak ediblər.

                        
Polad Həşimovun məzarını ziyarətdən sonra Sumqayıt şəhərində şəhidimiizn valideynlərinin yaşadığı ərazidə onun şərəfinə ehsan verilib.

                         
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər məsul şəxslər iştirak ediblər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az































Baxış sayı: 569


Bölməyə aid digər xəbərlər