Bütün xəbərlər
Sumqayıtda “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr edilmiş bilik yarışı keçirilmişdir
Tarix: 22-06-2022 17:02 | Bölmə: Reportaj

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə 22 iyun 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində ümumtəhsil müəssisələrinin VII-IX sinif şagirdləri arasında “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd əlamətdar günlərin qeyd edilməsi, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun qəhrəmanlıqlarının təbliği, dövlət gənclər siyasətinin prioritet istiqamətləri üzrə yeniyetmə və gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
Yekun nəticəyə əsasən 30 nömrəli tam orta məktəbin “Dəmir Yumruq”, 12 nömrəli tam orta məktəbin “Nəsirəddin Tusi”, 2 nömrəli tam orta məktəbin “Mübarizlər” komandaları müvafiq olaraq I,II,III yerlərə layiq görülmüşlər.
Sonda qalib komandalar Baş İdarənin kubok, medal və fəxri fərmanları ilə təltif edilmişlər.

Sabaha-inamla.az








Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər