Bütün xəbərlər
Sumqayıtda şəhidlərin xatirəsinə inşa edilən möhtəşəm bulaq-abidə kompleksinin açılışı olub
Tarix: 26-05-2022 23:22 | Bölmə: Reportaj
  
    Sumqayıtda 5-ci mikrarayon ərazisində şəhidlərin xatirəsinə inşa edilən möhtəşəm bulaq-abidə kompleksinin açılışı olub.

                
    "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə inşa edilən bu bulaq-abidə kompleksi iş adamı Xəyyam Quliyevin rəhbərliyi altında ərsəyə gəlib.

               
Tədbir dövlət himninin səslənməsi başlayıb.Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

              
Sonra şəhid valideynləri, qazilər,ictimayyət nümayəndələri,ziyalılar  Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan  44 günlük müharibədən, şəhidlərimizin döyüş yolundan, onların göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

               
   Rövşən Binəqədili, Ruslan Əkbərov şəhidlərə həsr olunmuş mahnılar  ifa ediblər. Həmçinin şəhidlərə həsr olunmuş şeirlər ifa olunub.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az














Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər