Bütün xəbərlər
Sumqayıtda Heydər Əliyev Mərkəzində şəhidin xatirə gecəsi keçirilib
Tarix: 17-05-2022 04:08 | Bölmə: Reportaj


    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26 nömrəli tam orta məktəbin tarix müəllimi Elnarə Davudovanın təşkilatçılığı ilə şəhid Abdulla Əhmədovun xatiə gecəsi keçirilib.
    Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf, sözügedən məktəbin direktoru Günel xanım, şəhidin valideynləri, İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, icra nümayəndəsi Ceyhun Məmmədov iştirak ediblər.



    Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhid Abdulla Əhmədovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Şəhid haqqında məlumat verilib. Qeyd edilib ki, Abdulla Əhmədov 2002-ci ilin martın 12-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Abdulla 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şiddətli döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
     Sonra Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin şəhid Abdulla Əhmədovun adını daşıyan, Elnarə Davudovanın sinif rəhbəri olduğu 6a sinifinin 32 şagirdi bədii kompozisiya təqdim edib, Vətən, qəhrəmanlıq haqqında şeirlər oxuyublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Sabaha-inamla.az
https://www.facebook.com/namiq.memmedli.9








Baxış sayı: 776


Bölməyə aid digər xəbərlər