Bütün xəbərlər
Yaponiyanın Kosugi Zohen Co.LTD şirkətinin prezidenti Saki Kosugi İsmayıllıya səfər edib
Tarix: 06-04-2022 23:57 | Bölmə: Reportaj


Yaponiyanın Kosugi Zohen Co.LTD şirkətinin prezidenti Saki Kosugi və təmsilçisi Andreas Hamaşer İsmayıllı Rayon İcra Hakimiyyətinin qonağı olub. Səmimi şəraitdə keçən görüşdə Yaponiya ilə Azərbaycan arasında olan dostluq-qardaşlıq münasibətinin inkişafı barədə ətraflı söhbət açılıb, qardaşlaşmış İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında olan işgüzar əlaqələr, İsmayıllı şəhərində yapon bağının hazırkı vəziyyəti geniş müzakirə edilib.
Qonaqlar yapon bağında ağacların yapon mütəxəssisləri tərəfindən budanmasının, həmçinin bağda olan landşaft hissələrinin, piyada keçidlərinin və daş fənərlərin təmirinin vacib olduğunu qeyd ediblər.
Səmimi şəraitdə keçən görüşdə dostluq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyi, qarşıda duran işlərin lazımi səviyyədə həyata keçiriləcəyi bildirilib.

Sabaha-inamla.az















Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər