Bütün xəbərlər
Sumqayıtda şəhidin doğum günü qeyd olundu-VİDEOLAR+FOTOLAR
Tarix: 20-03-2022 23:53 | Bölmə: Reportaj

Sumqayıtda-"Ceyran" şadlıq evində şəhidlik zirvəsinə ucalmış Novruz Məmmədovun doğum günü qeyd olunub.


                       
                       
                       
Tədbirdə şəhid ailələri, qazilər, Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, məsul şəxlər, ictimayyət nümayəndələri, ziyalılar,jurnalistlər,QHT sədrləri iştirak ediblər.

Novruz Məmmədov 20 mart 1991-ci ildə Sumqayıt şəhərində İnqilab Məmmədov və Şəfiqə Məmmədovaların ailəsində anadan olmuşdur. 
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbə 6 saylı tam orta məktəbdə təhsil almışdır.

                     
                     
                     
Novruz Məmmədov bir müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vuran Novruz Məmmədov müddətdən artıq hərbi qulluqçu-sürücü olaraq xidmətinə davam edirdi.

                      
                      
                      
Azərbaycan Ordusunun əsgəri olan Novruz Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Məmmədov 24 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

                    
                    
                    
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Novruz Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.


Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az









Baxış sayı: 612


Bölməyə aid digər xəbərlər