21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
Həzi Aslanovun anım mərasimi keçirildi - Fotolar
Tarix: 22-01-2022 22:40 | Bölmə: Reportaj
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər, həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri belə həmişə fəxrlə söhbət açıb, onu yüksək əxlaqi və iradi keyfiyyətlərə malik şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə içdiyi hərbi anda, Vətəninə, xalqına sadiq insan və qətiyyətli general kimi xarakterizə ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər görkəmli hərbi xadim, general Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü münasibətilə keçirilən mərasimdə səsləndirilib.
Mərasimin keçirildiyi Şəhidlər xiyabanına 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin yaratdığı yüksək əhvali-ruhiyyə ilə gələn Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonunun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoyub və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti, dəyəri, xalqımızın ümummilli lideri Heydər Əliyev verib, onun adı ölkəmizdə, eləcə də respublikamızın hüdudlarından xeyli uzaqlarda da əbədiləşdirilib. Heydər Əliyev vurğulayırdı ki, Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olub, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirib, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə faşizm üzərində Qələbəyə həsr olunmuş tədbirlərə hər il görkəmli hərbi sərkərdə Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən tədbirlərlə start verilərdi. Unudulmaz Liderimiz məsləhət görərdi ki, Həzi Aslanov kimi oğulların igidlikləri həmişə gənclərimiz üçün nümunə olsun, döyüşçülərimiz öz atalarının, babalarının qəhrəmanlıq tarixini yaxşı öyrənsin, ondan nəticələr çıxarsın və hərbi fəaliyyətlərində istifadə etsinlər. Çünki atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.
Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni nəslin döyüş və qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi ideoloji fəaliyyətdə prioritet məsələlərdəndir.
Azərbaycan Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 29 dekabr tarixli Sərəncamında qeyd edilir ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdəlik istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
Anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevin “Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində mühüm yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq... Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur” fikrini xatırladıb və tədbir iştirakçılarına görkəmli hərbi xadim Həzi Aslanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.
Nəzərə çatdırılıb ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hər il olduğu kimi, bu il də görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərdə böyük iftixar hissi ilə qeyd edilir ki, Həzi Aslanov kimi qəhrəmanların davamçıları olan yüzlərlə, minlərlə igid oğullarımız Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək tarixi və əzəli torpaqlarımızı işğaldan azad edib, üzərinə “Həzi Aslanovçular” yazılmış tanklarımız döyüş meydanlarında ata-babalarımızın qəhrəmanlıqlarını bir daha təkrarlayıblar. Neçə-neçə silahdaşımız şəhid olsa da, onların Qələbəyə inamı azalmayıb, “Dəmir yumruğ”umuz düşmənə sarsıdıcı və dağıdıcı zərbələr vurub. Prezidentimizin də qətiyyətlə dediyi kimi, “Dəmir yumruq” yerindədir.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov, Tankçı Veteranlar İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Hacı Əzimov, Vətən müharibəsinin tankçı iştirakçılarından tank taqımı komandiri zabit İsrayıl Bayramov və başqaları çıxış edərək Həzi Aslanovun davamçıları olan Azərbaycan tankçılarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən geniş söhbət açıblar.
Aslanovlar ailəsi adından çıxış edən generalın nəvəsi Elçin Aslanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.
Görkəmli sərkərdənin nəvəsi, səhhəti ilə əlaqədar mərasimdə iştirak etməyən polis general-mayoru Həzi Aslanov tədbir iştirakçıları ilə telefon əlaqəsi yaradaraq ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə Aslanovlar ailəsi adından bir daha təşəkkür edib və onların da bütün xalqımız kimi Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirib.

Baxış sayı: 666
Bölməyə aid digər xəbərlər

11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
26-04-2025, 09:17
Sumqayıtda şəhid Elvin Həsənovun mövludu-VİDEO+FOTOLAR