Bütün xəbərlər
Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” adlı bilik yarışı keçirildi
Tarix: 18-09-2021 14:07 | Bölmə: Reportaj


16 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” adlı bilik yarışı keçirilib.
İntellektual yarışın keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi və qəhrəmanlarının unudulmaması və gənclər arasında geniş təbliği, gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, həmçinin onların intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırılması, eləcədə asudə vaxtlarının səmərəli təşkili və dünya görüşünün artırılmasıdır.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət 6 komanda iştirak etmişdir.
Gərgin və maraqlı keçən yarışmanın sonunda I yeri Sumqayıt Könüllü Cəmiyyətinin “Mehrab”, II yeri Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, III yeri isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin “Qisasçılar” komandası tutmuşdur.
Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif edilmişdir.

Sabaha-inamla.az


















Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər