12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“İstisuda üzürük, Xəzərdə də üzəcəyik” deyən erməni Bakıda məhkəmə qarşısında - Video
Tarix: 15-07-2021 02:07 | Bölmə: Reportaj

                    “İstisuda üzürük, Xəzərdə də üzəcəyik” deyən erməni Bakıda məhkəmə qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan iki erməninin – Davit Davityan və Gevorq Sujyanın cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” İctimai TV-yə istinadən xəbər verir ki, onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürülüb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquqları izah edilib və dövlət hesabına vəkil və tərcüməçi ilə təmin olunublar.
“Təqsirləndirilən şəxslərdən biri – Gevorq Sujyan ona qarşı irəli sürülən ittihamlara sübutu elə özü azadlıqda ikən verib desək, yanılmarıq. Şəxsi feysbuk səhifəsində yayımladığı videolardan da görünür ki, o, Azərbaycan dövlət sərhədlərini qanunsuz olaraq keçməklə, Kəlbəcərin istirahət zonalarında dincəlib.
Amma burada da nankorluğundan qalmır. Hələ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə - 2017-ci ildə Kəlbəcərdə ikən “İstisuda üzürük, tezliklə Xəzərdə üzəcəyik” deyən Gevorqun xəyalları da erməni tanklarının Bakıya gəlişi kimi oldu.
Yəqin ki, o, daha Xəzərdə üzməyi düşünmür. Etdiyi əməllərin bağışlanması üçün hər kəsdən imdad diləyir”, - süjetdə deyilir.

            



Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər