Bütün xəbərlər
Şahmat üzrə onlayn Sumqayıt birinciliyinə yekun vuruldu
Tarix: 03-05-2021 21:02 | Bölmə: Reportaj

30 aprel 2021-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə www.chess.com internet portalında “Sumqayıt gəncləri narkomaniyaya yox deyir” devizi altında sürətli şahmat (blits) üzrə 12 və 17 yaşadək oğlan və qızlar arasında onlayn şəhər birinciliyi keçirilmişdir. Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin zərərli




vərdişlərdən çəkindirlməsi, şahmat idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, idman ustalığının artırılması və təkmilləşdirilməsidir. 3 dəqiqə olmaqla 9 turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunmuş yarışda 54 şahmatçı iştirak etmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 12 və 17 yaşadək qızlar arasında Fatimə Mirzəliyeva (12 yaş), Aytac Kərimli (17 yaş) birinci, Leyla Mirzəliyeva (12 yaş), Səbinə Rzalı (17 yaş) ikinci, Lalə


İsmayılzadə (12 yaş), Leyla Rzalı (17 yaş) və Kamilla Ələsgərova (17 yaş) üçüncü yeri tutmuşlar. Oğlanların mübarizəsində isə Yunis Mahmudzadə (12 yaş), Mirmehdi Səlifli (17 yaş), Rüstəm Rüstəmov (12), Uğur İlyaslı (17 yaş), İlknur Məmmədov (12 yaş) və Tunar Babayev (17 yaş) müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşlər. Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, əlavə olaraq birinci yeri tutmuş idmançılar hədiyyələrlə təltif olunmuşlar.

Sabaha-inamla.az






Baxış sayı: 399


Bölməyə aid digər xəbərlər