Bütün xəbərlər
Bakıda qarın təmizlənməsi gecə saatlarında davam edəcək
Tarix: 24-02-2021 23:43 | Bölmə: Reportaj

Bakıda qarın təmizlənməsi gecə saatlarında davam edəcək



Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışırlar.
Bakı Şəhər İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilir.
Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılıb.
Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.










Baxış sayı: 745


Bölməyə aid digər xəbərlər