Bütün xəbərlər
Hərbçilərimizin Türkiyədəki təlimlərdən görüntüləri - Video
Tarix: 04-02-2021 23:13 | Bölmə: Reportaj

                  Hərbçilərimizin Türkiyədəki təlimlərdən görüntüləri


Türkiyədə keçirilən “Qış təlimi-2021”-də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər. Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb olunublar.
Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

            


Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər