00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
“Statusda oxudum ki, oğlum şəhid olub” - Videoreportaj
Tarix: 28-12-2020 22:11 | Bölmə: Reportaj
Hələ bu dünyaya gəlmədən şəhid qızı adını alan Nişanə iki həftə sonra doğulacaq. Onun atası Qardaşxan Əhmədov isə 50 gün itkin kimi axtarışda olub.
“Qafqazinfo” ailəyə baş çəkərək Qardaşxan Əhmədovun xatirəsini əbədiləşdirmək üçün reportaj hazırlayıb.
24 yaşlı Qardaşxan döyüşə getmədən 10 ay öncə ailə həyatı qurub, iki həftə sonra isə qızı dünyaya gələcək, ilk və sonuncu övladı…
Qardaşxan hərbi xidmətdə olarkən “Aprel döyüşləri”ndə də iştirak edib. Vətən Müharibəsi başladıqda isə döyüşə çağırılıb. Lənkəran rayon komissarlığında bir yerlisi ilə tanış olub. Eyni vaxtda müharibəyə yola salınıblar, bütün döyüş yolunu birgə keçiblər və sonda, Xocavənddə bir yerdə şəhid olublar.
Atası Elxan Əhmədov oğlu ilə çox vaxt keçirməsə də, onu daim öz yeri üçün böyüdüb. Şəhid atası Elxan Əhmədov deyir ki, oğlunun son döyüşü noyabrın 7-də olub. Ondan sonrakı iki gün isə müəmmalıdır, o günlərdə Qardaşxanın yaşayıb-yaşamadığı bəlli deyil. Amma döyüşlər dayandıqdan sonra düz dekabrın 19-dək ailə və yaxınları daim onu axtarıb. Qardaşxan 44 günlük Vətən Müharibəsinin 50 günlük itkini olub.
Elxan Əhmədov deyir ki, bu 50 gün ona 50 il kimi görünüb, bu 50 gündə evə sığmayıb, gecə-gündüz küçələrdə, yollarda, idarələrdə bircə oğlunu axtarıb. İki bacıdan sonra evin son beşiyi olan Qardaşxanı…

Amma bu 50 gün ərzində Elxan Əhmədov oğlu ilə bağlı fərəhləndirici onlarla zənglər alıb. Döyüşdən yaralı qayıdan qazilərin valideynləri Elxana zəng edərək onun oğlu Qardaşxanın onların övladlarını ölümdən xilas etdiyini deyiblər. Övladına qovuşsa da, onu şəhid kimi qarşılayan atalar isə itkin atası Elxana oğluna görə təşəkkür ediblər. Minnətdar olublar ki, Qardaşxan onların övladının cənazəsini ortada qoymayıb. Onlarla igidi ya qazi ya da şəhid olaraq döyüş meydanından çıxarıb. Özünü isə 50 gün sonra Xocavənd dağlarında sıx meşənin içindən qarlar altından çıxara biliblər.
Bir dərdin başqa dərdə dərman olması kimi, Elxan da oğlunun əsir olmasını, mühasirədə olmasını, yaralı olmasını, şikəst olmasını arzulayıb. Təki sağ olsun…

Ailə Qardaşxan üçün son limit günü də təyin edibmiş. 28 noyabr… Bu gün Qardaşxanın toyunun birinci, ilk ildönümüdür. Gənc, hamilə həyat yoldaşı da ən sonda həmin gün Qardaşxanın gələcəyinə ümid edib.
Elxan Əhmədov isə oğlunun tezliklə gəlib doğulacaq qızını qucağına alacağını, onu xəstəxanadan şarlarla bəzədilmiş maşında evinə gətirəcəyini arzulayıb.
Vətən Müharibəsi Qardaşxan üçün ilk çətin sınaq olmayıb. Altı yaşından bəri ailəyə rəhbərlik etməyə məcbur olan Qardaşxan bu yola daim imtinaları ilə yadda qalıb. O, ilk olaraq 17 medal aldığı güləşdən uzaqlaşıb. Bunun əvəzində isə anası ilə birgə 10 il dükanda satıcı işləyib, iki bacısından yaşca balaca olsa da, onlara böyük qardaş olub. Atası Elxan isə mütəmadi olaraq Rusiyada işləyərək ailənin maddi durumuna dəstək olub. Qardaşxan ilk medalını 7 yaşında alıb.
Anası Bahar Əhmədova deyir ki, Qardaşxan onun həm oğlu, həm qardaşı, həm də iş yoldaşım olub: “Bütün sirlərini, aruzlarını, xəyallarını mənə deyərdi. Mənim həyatımdakı hər şey, evim-eşiyim onun əziyyəti, onu xatirələridir. Onu hər gün güləş məşqinə özüm aparırdım. Hər dəfə yer tutanda mənə zəng edib deyirdi. Yeddi yaşı olanda ilk medalını qazandı, zəng edib dedi ki, “Ana, birinci yerə çıxdım”.
.jpg)
Toyunun ildönümündə hələ də onu axtarırdıq. O bizi çox istədiyi üçün tez-tez sürprizlər edirdi. Xüsusi günlərdə həmişə zəng edirdi. Mən də inanırdım ki, noyabrın 28-də oğlum zəng edib sağ olduğunu deyəcək”.
Bahar Əhmədova oğlunun döyüş yoldaşı ilə danışaraq Qardaşxanın şəhid olmadığına onu inandırmaq istəyərkən elə bircə oğlunun şəhadət xəbərini alıb: “Qardaşxandan xəbər olmayandan sonra bizə hansı nömrə ilə zəng etmişdisə, onlarla danışdıq, hamısı dedi biz yaralıyıq, ondan xəbərimiz yoxdu.
Mənim ümidim vardı ki, mənim balam sağdır. Noyabrın 7-də Xocavənddə döyüşdə olub, bir gün sonra da müharibə bitib. Qardaşxan bir gün özünü qoruya bilərdi…
Dekabrın 19-da axşamüstü yoldaşım evə gəldi, dedi uşaq yaralı tapılıb, ora gedirik. Mən də oğlumu gözləyirdim, dedim bir ayağı, bir qolu olmaz, eybi yox. Şəhid olduğunu bilmirdim. Dekabrın 20-də həyətə çıxdım, gördüm qonşular bizdədir. Evə girib yoldaşıma zəng etdim, cavab vermədi. Bütün qohumlara, tanışlara zəng etdim, heç kim mənə cavab vermədi. “Whatsapp”ı açıb gördüm ki, Qardaşxanın döyüş dostu Murad onun şəklini paylaşıb, yazıb ki, “can qardaş, aramızdan sən də getdin, şəhid oldun”. Mən ona yazdım ki, “Qardaşxan hələ şəhid olmayıb, sağdı, yaralıdır, atası gedib gətirməyə”.
.jpg)
Elə o sözü yazıb bitirəndə gördüm evin qapısı açıldı, qonşular hamısı içəri girdi. Onda bildim ki, oğlum şəhid olub, o vaxta kimi mənə heç kim bunu demədi”.
Şəhidin bacısı Nuranə Əhmədli isə qardaşının yarımçıq qalan arzularından bəhs edib: “Altı yaşında güləşə gedirdi, idmanla bağlı çox xəyalları vardı. Sonra elə oldu ki, atam işləmək üçün Rusiyaya getməli oldu. Elə həmin vaxt qardaşım xəyallarından əlini üzdü. Evdə kişi yoxdu deyə 6 yaşında evin hər işini öhdəsinə götürdü. Şəhid olmadan əvvəl də onun xarakterinə görə mən onunla fəxr edirdim. Qardaşımın qızı ilə bağlı çox xəyalları, planları var idi. İndi isə onları onsuz həyata keçirməli olacağıq. Amma onun qızı qardaşımdan bizə bir nişanə olduğu üçün adını da Nişanə qoymaq istəyirik”.
.jpg)
Nuranə deyir ki, atası qardaşının yaralı olduğunu sevinərək demədiyi üçün o artıq Qardaşxanın şəhid olduğunu bilib: “Atam gəlib dedi ki, qaqaş tapılıb, yaralıdır, gətirməyə gedirəm. Mən atama inanmadım, çünki qardaşım yaralı gəlsəydi, biz sevinərdik. Amma atamın üzünün ifadəsindən, rəngindən bildim ki, o, şəhid dalıyca gedir...”
Baxış sayı: 678
Bölməyə aid digər xəbərlər

21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR