22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Rauf(Kəngərli) Əliyev:"Onunla tələbə yoldaşım vasitəsilə tanış olmuşdum"
Tarix: 05-01-2018 23:13 | Bölmə: Mədəniyyət
Sabaha-inamla.az xəbər verir ki, tanınmış jurnalist Rauf(Kəngərli)Əliyev facebook səhifəsində dünyasınını dəyişən məşhur türk aktyoru barədə belə yazıb:"Onunla Türkiyənin məşhur aktyoru, Mərmərə Universitetinin Jurnalistika fakültəsində tələbə yoldaşım olan Kamal Sunal vasitəsiylə tanış olmuşdum. Fakültənin İstanbulun Nişantaşındakı binasının düz yanındakı kafedə dəfələrlə üçümüz birlikdə çay içib xeyli söhbət etmişdik. Çox səmimi bir insan idi. Özü demişkən, bir “baba tövsiyyəsi” də vermişdi: heç vaxt içki içmə. Səbəbini soruşduqda gülərək demişdi ki, içki vaxtilə başıma çox oyun açıb, istəmirəm ki, sənin kimi gəncin də başına bu oyunlar gəlsin.
Bəli, Münir Özkul “Hababam sinfi”nin Mahmud Hocası, gənclərin də dostuydu. Dəyərli insan, aktyor idi. 2003-cü ildən xəstəlikdən əziyyət çəkirdi…. 
Allah rəhmət eləsin!"






Baxış sayı: 925


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya