Bütün xəbərlər
Adil Kərimli: Mədəniyyət Nazirliyində elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur
Tarix: 01-03-2023 02:48 | Bölmə: Mədəniyyət

Adil Kərimli: Mədəniyyət Nazirliyində  elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur



Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlər var.
Sabaha-inamla.az xəbər verir ki, APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
Onun sözlərinə görə, elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur: “Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya