22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub
Tarix: 18-07-2018 01:17 | Bölmə: Mədəniyyət

                                 

Azərbaycanda iki teatra yeni direktorlar təyin edilib.
"Report"un xəbərinə görə, Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktor təyin olunub. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov Mübariz Həmidovu kollektivə təqdim edib.
Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ teatrına direktor təyin olunub. Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.






Baxış sayı: 775


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya