Bütün xəbərlər
Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş” tamaşası oynanılacaq
Tarix: 11-06-2018 08:58 | Bölmə: Mədəniyyət

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 13 iyun saat 15:00-da DTX-nin Heydər Əliyev adına Akademiyasında “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edəcək.
Bu barədə Trend-ə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Tamaşa 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.
Tamaşanın rejissoru və rəssamı əməkdar mədəniyyət işçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.
Səhnə əsərində Ümummilli Lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandıracaq. Digər rolları əməkdar artistlər Vaqif kərimov, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu, Tural Xəlilzadə, Natiq Həziyev, Gültac Əsgərova və Rövşən Cəfərov ifa edəcəklər.
Səhnə əsərində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub.



Baxış sayı: 868


Bölməyə aid digər xəbərlər