18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
17:23 / 26-08-2026
Daşqınlar su elektrik stansiyalarına ziyan vurub
17:20 / 26-08-2026
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
17:14 / 26-08-2026
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
17:10 / 26-08-2026
Qaynaq sexində yanğın baş verib
12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
MÖHTƏŞƏM ANA VƏ ÖMÜR GÜN YOLDAŞI..
Tarix: 01-07-2019 03:12 | Bölmə: Manşet

Zərifə Əziz qızı Əliyeva (28 aprel 1923, İliç rayonu, Şahtaxtı, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 15 aprel 1985, Moskva) — Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.Tale ondan heç nəyi əsirgəməmişdi: Ona gözəl valideynlər, ömrü bütün insanlığa məxsus dahi şəxsiyyət olan həyat yoldaşı, sevimli övladlar, nəvələr, vəfalı dostlar. İnsanlıq, xeyirxahlıq, mərhəmət və şəfqət kimi keyfiyyətlər,... böyük qəlbi, bitib-tükənməyən işgüzarlığı, dərin elmi mühakimələri, dostluğu, iradəsi, təvazökarlığı ilə doğmalarının, həmkarlarının, onu tanıyan hər bir kəsin sevimlisinə çevirmişdi. Prezident İlham Əliyevin müdrik siyasəti dünyamızı intibaha yönəltdi,Vətənimizə yeni sima, yeni ucalıq, hörmət, ehtiram gətirdi, bütöv bir xalqı bəxtiyar, xoşbəxt həyata qovuşdurdu. Bir inkaredilməz həqiqət aydın olur ki, bütün qəhrəmanların taleyində ana ucalığı, ana tərbiyəsi əvəzedilməz rol oynayır. “Bir bacarıqlı həkimin həyatı çox adamın həyatına əvəzdir”. Zərifə xanım Əliyeva haqqında düşüncələrimi qələmə almağa başlayarkən ən çox bu məsələləri xatırlayıram. Onun şəxsiyyəti əzəmətilə gözlərim önündə canlanır. Bu nurlu simada, işıqda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim ucalıqlarını bir araya gətirən insanın obrazı görünür. Prezident İlham Əliyev kimi bir qəhrəman oğul tərbiyə edib boya-başa çatdıran ana obrazı görünür. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca bir daha fərqində oluruq ki, ulu Tanrının yüksək mənəvi xüsusiyyətlər əta etdiyi bu şəxsiyyət təkcə həkim kimi insanların gözlərinə nur gətirməyib. Nəcib əməlləri, örnək davranışları ilə könüllərdə işıq yandırıb, Azərbaycana, xalqımıza İlham Əliyev kimi qəhrəman oğul yetişdirib, dünyamızı nura qərq edib. Akademik Zərifə Əliyeva xeyirin, həqiqətin, bərabərliyin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmişdi. Bütün ömrünü belə bir niyyətlə yaşamışdı. Həyatını insanlara şəfa bəxş etməklə, dünyamıza düşən işığın haləsini genişləndirməklə, hər bir kəsi gələcəyə ümidləndirməklə, sülh naminə çalışmaqla keçirmişdi. Ona görə də Zərifə xanım Əliyeva bir meyardır. Qismətinə düşən ömür payına sadəcə, bir-birini əvəz edən günlər, həftələr, aylar, illər kimi yox, bütöv bir tarix kimi yanaşan və bu ömrü tarix kimi yaşayan bütün böyük şəxsiyyətlər kimi. Yaxşı oxumaq, savada, biliyə can atmaq gənc yaşlarından insanların sosial statusunu, şəxsi nüfuzunu müəyyənləşdirirdi.Zərifə xanım orta məktəbi bitirəndə 1942-ci il idi.O, ağır və mürəkkəb bir dövrdə orta məktəbi uğurla başa vurub, 1942-ci ilin yayında qəbul imtahanlarını müvəffəqiyyətlə verdi. Artıq Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsinin tələbəsi idi. Hələ tələbəlik illərində görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova çalışqanlığını görüb, ona göz xəstəlikləri üzrə ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat göstərdi ki, müdrik müəllimə öz tövsiyəsində yanılmayıb. Zərifə xanım bütün ömrü boyu bu seçimə sadiq qaldı. Minlərlə insanın gözünün şəfasına çevrildi. Praktik həkimlik fəaliyyəti ilə yanaşı, fundamental əsərləri ilə oftalmologiya elmini zənginləşdirdi, gözlərə nur, qəlblərə sevinc bəxş etdi. 1947-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha çox praktik biliklərə yiyələnməkdən ötrü Moskvaya

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi. Bu gedişin daha bir məqsədi vardı: Azərbaycanı bürümüş traxoma epidemiyasına qarşı mübarizə arzusu! Ölkədə məhz bu yöndə ixtisaslı həkimlərə çox böyük ehtiyac duyulurdu. Zərifə xanım isə ümumi müalicə fakültəsini bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də vardı və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu. Onun ezam olunduğu Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi sayılırdı. Orada keçmiş İttifaqın ən nüfuzlu göz həkimləri çalışırdılar. Gələcək elmi fəaliyyət üçün buradakı elmi mühit çox münasib idi. Heç bir elmi avtoritetin bütləşdirilmədiyi, hər kəsin elmi tənqidlərə açıq olduğu və beləliklə, ənənələr üzərində yeniliklərin inkişaf etdiyi bu mühitdə Zərifə xanımın gəldiyi əsas qənaət ondan ibarət oldu ki, elmdə öz yolunu tapmaq üçün ancaq oxumaq, öyrənmək, təcrübəli alimlərdən görüb-götürmək lazımdır. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Göz xəstəliklərinin müalicəsində, göz cərrahiyyəsində tətbiq olunan yenilikləri tez bir zamanda mənimsədi. Bu şəhərin elmi mühitində özünə çoxlu dostlar tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular.

1949-cu ildə Bakıya qayıdandan sonra Zərifə Əliyeva yüksək ixtisaslı göz həkimi kimi Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda işə başladı. Azərbaycanda geniş yayılmış traxoma virusunun qarşısını almaq onun elmi tədqiqatlarının və praktik fəaliyyətinin əsasını təşkil edirdi. 1950-ci ildə əla qiymətlərlə aspiranturaya daxil olduqdan sonra da namizədlik dissertasiyasının mövzusu kimi məhz bu istiqaməti seçmişdi. Hələ inqilabdan əvvəl Azərbaycanın şoran ərazilərində, Kürqırağı məntəqələrdə, küləyin güclü olduğu yerlərdə göz xəstəlikləri kütləvi hal almışdı. İkinci Dünya müharibəsinin sıxıntılarından sonra bu bəla 50-ci illərdə daha da güclənmişdi. Bu xəstəlik epidemiyaya yoluxan kütləvi sayda insanın simasını eybəcərləşdirir, bəzən eyni ailənin bir neçə üzvünü dünya işığına həsrət qoyurdu. Bu bəlanın qarşısını almaqdan ötrü həkim briqadaları Azərbaycanın müxtəlif rayonlarına elmi ekspedisiyalara çıxırdı. Bu ekspedisiyaların ən fəal könüllülərindən biri də məhz Zərifə xanım Əliyeva idi. Onlar infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə gedir, öz sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə çalışırdılar. Ağır xəstələri müalicə edir, elmi mühazirələr oxuyur, evlərə gedib maarifləndirmə işləri aparırdılar. Bununla da xəstəliyin yaranma səbəblərini araşdırır, xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdilər. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınması üçün xüsusilə böyük səy göstərirdi. Bu sahədə uğurlu tədqiqatların nəticələri

Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edəcəkdi. Onun irəli sürdüyü müalicə metodu tezliklə bütün respublikada tətbiq olunacaq və ölkə əhalisi bu xəstəlikdən qurtulacaq, beləliklə, Zərifə xanım Azərbaycanda traxoma bəlasının ləğvinə müyəssər olmuş alim kimi adını tarixə yazacaqdı. Bütün bunlar bir neçə il sonra baş verəcəkdi. Hələliksə, 1947-ci il idi və Moskvada təcrübə keçən Zərifə xanımı gələcək taleyini müəyyənləşdirəcək maraqlı bir təsadüf gözləyirdi. Ulu öndər Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Əziz Əliyevlə ailəvi dost idi. Heydər Əliyevlə Zərifə Əliyevanın tanışlığına da bu münasibət vəsilə olmuşdu. Onlar ilk dəfə 1947-ci ildə Kislovodskda rastlaşmışdılar. Ulu öndər o günü belə xatırlayırdı: “Böyük qardaşım akademik Həsən Əliyev Kislovodska dincəlməyə gedəndə məni də dəvət etdi... Orada heç kimi tanımırdım, qardaşımınsa çoxlu tanış-bilişi vardı. Gözümə bir qız dəydi, sonra tanış olduq. Məlum oldu ki, böyük qardaşım onun ailəsini, atasını yaxşı tanıyırmış. Mənim tanışlığım qısa olsa da, bu qız nədənsə ürəyimi tərpətdi...” Onda Heydər Əliyev baş leytenant idi. Bu tanışlıqdan az sonra onu perspektivli zabit kimi Leninqrada, SSRİ DTN-nin rəhbər kadrlarının hazırlanması üzrə məktəbə göndərdilər. Hazırlıq kursunu başa vurub Bakıya qayıtdıqdan sonra tale onları yenidən rastlaşdırdı. Göygözlü, ucaboylu, hərbi mundirli, yaraşıqlı zabit gənc qızın xəyallarına uyğun idi. Onlar həyat yollarını birləşdirməyə qərar verdilər.

O illər davam edən repressiya dalğası Əziz Əliyevdən də yan ötməmişdi. Əziz Əliyevə ictimai ehtiramı gözü götürməyən Mir Cəfər Bağırov bu böyük şəxsiyyətin timsalında özünün rəqibini görürdü. Çünki müharibə illərində siyasi rəhbər kimi İranda gördüyü işlər, daha sonra Dağıstan Vilayət Partiya Komitəsi rəhbərliyində ona tapşırılmış vəzifələri uğurla yerinə yetirməsi Əziz Əliyevə Kremldə də yüksək etimad yaratmışdı. Bunun fərqində olan Mir Cəfər Bağırov isə onu müxtəlif repressiv metodlarla sıradan çıxarmağa, karyera yollarını bağlamağa çalışırdı. O, bundan ötrü ən hiyləgər metodlardan istifadə edirdi. Əvvəlcə Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi baş nazirin müavini vəzifəsinə gətirməyə nail oldu. Lakin vəzifəyə təyin olunan kimi DTK-da ona qarşı iş açdırdı: Əziz Əliyevi “millətçi”likdə və sosial mənşəyini gizlətməkdə ittiham etdilər. Tezliklə partiya töhməti verib ən kiçik bir vəzifəyə keçirdilər. Heydər Əliyevlə Zərifə xanımın tanışlığının ilk illərində Əziz Əliyev ailəsinin hətta Qazaxıstana sürgün olunmaq təhlükəsi vardı. Ailənin hər bir üzvü nəzarətdə saxlanırdı. Həmişə qonaq-qaralı olan bu ocaqdan çoxları repressiya qorxusundan ayağını üzmüşdü. Belə bir vaxtda təhlükəsizlik xidməti zabitinin şəxsi həyatı ilə bağlı göstərdiyi yüksək cəsarət yuxarılara xoş gələ bilməzdi. O çətin günlər barədə 1997-ci ildə, Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş mərasimdə ulu öndər Heydər Əliyev özü danışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Yemelyanov onu iki dəfə kabinetinə çağırır. Tələb qısa idi: yuxarıların gözündən düşmüş Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı ilə görüşmək məsul işdə çalışan zabit üçün arzuolunmazdır, işini itirə bilər. Gənc zabit çətin vəziyyətdə qalmışdı. Amma o, asan təslim olanlardan deyildi. Zərifəni sevirdi və ondan ayrılmağı təsəvvürünə də gətirmirdi. Bu mülahizələri o, açıq şəkildə nazir Yemelyanova dedi. O isə eyham vurdu ki, Mir Cəfərin tapşırığını icra edir, qəti qərar qəbul etməksə cavan zabitin öz işidir...Amma heç bir təhlükə Ulu Öndəri sevgisindən vaz keçməyə məcbur edə bilmir.

Heydər Əliyevlə Zərifə xanım Əliyevanın məhəbbəti qismətlərinə düşən sınaqlardan açıq çıxaraq öz ziyası ilə onların ailə ocağını nurlandırdı. 1954-cü ilin noyabrında onlar kəbin kəsdirdilər. Dövlətin bir müddət əvvəl Heydər Əliyevə verdiyi mənzildə sadə bir toy mərasimləri oldu. 1961-ci ilin dekabrın 24 də tale bu ailəyə övladları Azərbaycan Respublikasınını xoşbəxtliyə çıxaracaq İlham Əliyevi bəxş etdi. Zərifə xanım övladlarının qayğıları və tərbiyəsi ilə özü məşğul olurdu. O, bundan böyük zövq alırdı. Ulu Öndər Heydər Əliyev respublikanın birinci şəxsi seçildi. Bu, gənc ailəyə doğma olan bütün insanlar üçün böyük sevinc və təntənə idi. Zərifə xanım isə bu nailiyyətin böyük məsuliyyət hissini də yaxşı dərk edirdi. Çünki ətrafda yüksək vəzifəni başqalarından seçilmək, müxtəlif sosial imtiyazlar qazanmaq, kənara təkəbbür göstərmək, harınlıq kimi başa düşənlər o zaman da kifayət qədər idi. Zərifə xanım isə anlayırdı ki, ailə başçısının yüksək ictimai statusuna baxmayaraq, sadəlikdə, səmimiyyətdə, insanlara xoş münasibətdə, davranışda başqalarına nümunə olmaq, xüsusilə övladları heç bir güzəşt və üzgörənlik olmadan tərbiyə etmək, onlara ən yüksək təhsil vermək gərəkdir. Birinci növbədə isə zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu ana borcu idi və Zərifə xanım öz borcunu ləyaqətlə yerinə yetirirdi. Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq Zərifə xanımın üzərinə böyük ictimai vəzifələr qoyurdu. Onu diqqət mərkəzinə gətirirdi. Amma o, bütün ömrü boyu özünə də, başqalarına da təlqin etdiyi həyat prinsiplərini əsla dəyişmədi. İctimai yerlərdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışdı.

Dəyişən isə yalnız Zərifə xanımın insanlara daha çox kömək etmək imkanına sahib olması idi. O, iş yoldaşlarının, kömək üçün müraciət edən şəxslərin müəyyən məişət problemlərinin həlli üçün imkanı daxilində müxtəlif orqanlara müraciətlər göndərirdi. İnsanlara kömək etməkdən zövq alırdı. Zərifə xanım illərdən bəri üzərində çalışdığı namizədlik dissertasiyasını hələ 1960-cı ildə uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi qazanmışdı. Sonra isə oftalmologiya elmi üçün vacib olan digər bir istiqamətə - qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı tədqiqatlara başlamışdı.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verdi. 1967-ci ildə isə o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. 1968-ci ildən Zərifə xanım Əliyeva görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Zərifə xanım bu problemi tədqiq edərkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Eyni zamanda, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi. 1977-ci ildə Zərifə Əliyeva Moskvada Helmqolts adına Göz Xəstəlikləri Elmi-

Tədqiqat İnstitutunda “Azərbaycan kimya sənayesinin bəzi müəssisə işçilərinin görmə orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmlər doktoru elmi dərəcəsi aldı. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında əvvəl professor, sonra isə kafedra müdiri seçildi.1979-cu ildə isə görkəmli oftalmoloqun təşəbbüsü ilə daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı. Zərifə xanım həmin laboratoriyanın rəhbəri oldu. Əslində, bu, dünya şöhrətli alimin elmi məktəbi idi. Bu dövrdə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çıxdı və yüksək qiymətlər aldı. Alim virus mənşəli göz xəstəlikləri barədə də qiymətli əsərlər qələmə almışdı. Həmçinin göz cərrahiyyəsi, həkim etikası, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edirdi. Bu mövzularda dəyərli əsərləri indi də aktuallığını qoruyur. Ulu öndər Heydər Əliyevin də, akademik Zərifə xanım Əliyevanın da əldə etdikləri uğurların təməlində onların bir-birinə qarşılıqlı dəstəyi dururdu. Azərbaycan qadınının cəmiyyət həyatındakı yerini və rolunu daha yüksəklərdə görmək istəyən Heydər Əliyev ailə başçısı kimi də belə bir yanaşma sahibi idi. Ailə həyatının ilk günlərindən o, həyat yoldaşını məişət qayğılarını mümkün qədər məhdudlaşdırıb elmi fəaliyyətini gücləndirməyə həvəsləndirirdi. Ona mənəvi köməyini əsirgəmirdi. Həyat yoldaşının dəstəyi, özünün əzmkarlığı sayəsində Zərifə xanım gənc vaxtlarından alim kimi axtardığı yolunu, elmin böyük yolunu nəhayət, tapmışdı. Onun oftolmologiya sahəsində qazandığı uğurlar Azərbaycan tibb elminin böyük nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan

Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan aşmışdı. 1982-ci ildə ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Onlar bu böyük şəhərdə yeni bir həyata başlamışdılar. Zərifə xanımın böyük arzu və ümidləri, yeni elmi layihələri vardı. Əfsus ki, tale aman vermədi. Çarəsiz xəstəlik 1985-ci ildə onun ömrünə son qoydu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu itkinin acısını müsahibələrinin birində belə dilə gətirəcəkdi: “Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır.” Təbiətin amansız hökmləri var. O, vəfat edərkən sevimli İlhamının hələ iyirmi dörd yaşı vardı. Həyatda o, ən çox övladları ilə fəxr etmək istəyirdi. Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, kamil insan kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma bu gün övladının Prezident kimi ümumxalq məhəbbətini qazanaraq bu yüksək zirvəyə ucalmasını görmək qismət olmadı. Bu fərəhi bu gün bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir! Onun şəfqətinin, məhəbbətinin yaratdığı xarüqələrdir.

Bu gün Zərifə xanımın övladı Prezident İlham Əliyevlə ilə bütün Azərbaycan fəxr edir. Bu fərəhdə və iftixarda ömrünü övladlarına həsr etmiş bir ləyaqətli anaya millətin məhəbbəti böyükdür! Bu gün biz Zərifə xanım Əliyevaya çox şey borcluyuq..Ruhun şad olsun.. Tanınmış alim, akademik Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olmaq kimi şərəfli missiyanı ömrü boyu layiqincə yerinə yetirdi. Ulu öndərə etibarlı mənəvi dayaq oldu. O, Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri zərif çiyinlərində dözümlə daşıyırdı.Ulu öndərin qadın problemlərinə böyük diqqət yetirməsində də Zərifə xanımın şəxsi nümunəsi mühüm rol oynayırdı. Heydər Əliyev ömrü boyu qazandığı uğurlara və ailəsində yaratdığı rahatlığa görə Zərifə xanımın fədakar məhəbbətini, diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Bu görkəmli şəxsiyyətlər insan kimi bir-birini üzvi surətdə tamaladıqları üçün Heydər Əliyevlə Zərifə xanımın ailə həyatı bütün cəmiyyət üçün parlaq nümunə oldu.. Biz fəxr edirik ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir. Təkcə Azərbaycanda deyil, bütün dünyada xoşməramlı səfir kimi tanınan Azərbaycan Respublikasının birinci vitse Prezidenti Mehriban Əliyevanın cəmiyyətin imkansız üzvlərinə, xəstələrə qayğısı, elmə, mədəni irsə təmənnasız xidməti də Zərifə xanımın ocağından güc alır.
Vəkil Rövşən Qasımov
Baxış sayı: 3 549
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.