13:33 / 22-07-2026
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
13:25 / 22-07-2026
Hindistan xarici işlər naziri Lavrovla ticarət, enerji və Ukrayna məsələlərini müzakirə etd
13:22 / 22-07-2026
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
13:18 / 22-07-2026
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
13:14 / 22-07-2026
Türkiyədə avtobus qəzası: 31 yaralı
13:09 / 22-07-2026
Sırski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən istefa verdiyini təsdiqlədi
13:06 / 22-07-2026
"Daily Star": Britaniya həbsxanalarından 100-dən çox təcavüzkar azadlığa buraxılacaq
13:00 / 22-07-2026
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
12:55 / 22-07-2026
Atasının başına çəkiclə vuran həbs edilib
12:53 / 22-07-2026
Lavrov Şri-Lanka Xarici İşlər Naziri ilə danışıqlar aparır
12:51 / 22-07-2026
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
08:51 / 22-07-2026
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
08:41 / 22-07-2026
16 AB ölkəsində dövlət borcu bütün zamanların rekordlarını qırdı
08:31 / 22-07-2026
"Tasnim": ABŞ hərbçiləri İranın Buşehr şəhərinə hücum edərək iki obyektə zərər vurub
08:29 / 22-07-2026
İrana qarşı 11-ci zərbə dalğasının başa çatdığını elan etdi
08:26 / 22-07-2026
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
08:20 / 22-07-2026
Rubio: "İran ABŞ ilə danışıqlara ciddi sadiqlik göstərmir"
08:17 / 22-07-2026
AP: İranla münaqişədə 500-dən çox ABŞ əsgəri yaralanıb
08:14 / 22-07-2026
Dron hücumundan sonra neft anbarı yanğına məruz qalıb
08:11 / 22-07-2026
Lavrov Rusiyanın mövqeyini izah etdi
07:58 / 22-07-2026
Pentaqon rəhbəri: "ABŞ İranla münaqişəyə 37,5 milyard dollar xərcləyir"
20:52 / 21-07-2026
Almaniyalı parlament üzvü Rusiya ilə birbaşa qarşıdurmadan çəkinməyə çağırdı
20:49 / 21-07-2026
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20:41 / 21-07-2026
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
20:38 / 21-07-2026
Yəmən üsyançıları Səudiyyə Ərəbistanını blokadaya aldıqları müddətdə altı ticarət gəmisini ələ keçiriblər
19:15 / 21-07-2026
FT: Tramp bu həftənin əvvəlində 60 ölkəyə tariflər hazırlayır
19:13 / 21-07-2026
Peskov: "Kreml Burnhamın Kiyevi dəstəkləməklə bağlı açıqlamasını qeyd edib"
19:11 / 21-07-2026
Öz nənəsini öldürdüyünə görə məhkəmə qarşısına çıxarılacaq
19:08 / 21-07-2026
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
19:03 / 21-07-2026
Hündürmərtəbəli binanın eyvanından yıxılaraq ölüb
18:59 / 21-07-2026
Əsgərin dul arvadından 8,7 milyon rubl oğurlayan fırıldaqçılar saxlanılıb
18:57 / 21-07-2026
Media: İranla münaqişə səbəbindən Pentaqon pulu tükənir
18:54 / 21-07-2026
ABŞ və Çin sentyabr ayında süni intellekt tənzimlənməsini müzakirə etməyi planlaşdırır
18:49 / 21-07-2026
"Tu-95MS" raket daşıyıcıları Yapon dənizinin neytral suları üzərində uçuş həyata keçirib
18:46 / 21-07-2026
NATO-nun havadan erkən xəbərdarlıq təyyarəsi iki gündür ki, Riqa körfəzi ətrafında dövrə vurur
18:43 / 21-07-2026
Kassasiya Məhkəməsi təyyarəni tarlaya endirən pilotun işi üzrə prokurorun apelyasiya şikayətinə baxacaq
18:37 / 21-07-2026
Bir ekspert ruslar üçün vizasız rejimin ləğvinin Monteneqro üçün nəticələrini açıqladı
Konstitusiyamız və milli ideologiyamız
Tarix: 12-11-2019 10:58 | Bölmə: Manşet

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə, ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr olunmuş, onun hüquqi statusu şişirdilmişdi. Bu konstitusiyada isə Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış, yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən ümummilli lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli lider dövlətçilik maraqlarının qorunmasından danışanda ilk növbədə ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarnın hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir.
Heydər Əliyev həm konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına ilk növbədə bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl, dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır.
Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb (norma) ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbayvan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Bu tələblərin həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Bir sözlə, bu rakursdan baxdıqda, konstitusiya normaları və azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, ölkənin milli maraqlarına söykənərək, bütün Azərbaycan xalqının ümumi mənafelərinin ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmağa bərabərdir.
Bir faktı da xüsusi vurğulamaq istəyirəm ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev həm tarixilik prinsipini, həm də varislik ənənələrini qoruyub saxladı. Ulu öndər Azərbaycanın XlX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər və maarifçi-demokrat ziyalılarının, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etdi. Və həm də nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü. Ümummilli lider deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.
Beləliklə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

Baxış sayı: 538
Bölməyə aid digər xəbərlər

Dünən, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
Dünən, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.
5-07-2026, 18:32
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
2-07-2026, 17:30
Peskov Kallasın son təhdidinə cavab verdi
28-06-2026, 12:58
Medvedev: "Ermənistanın Qərbin nəzarətindən qaçması çətin olacaq"
24-06-2026, 19:17
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
24-06-2026, 19:14
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
24-06-2026, 16:10
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
24-06-2026, 16:02
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
24-06-2026, 15:58
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
22-06-2026, 20:48
Vens İranın MAQATE müfəttişlərini qəbul etməyə razı olduğunu bildirdi
22-06-2026, 16:03
Kreml: Putin və Lukaşenko tezliklə Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər
21-06-2026, 20:09
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
18-06-2026, 20:36
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
18-06-2026, 20:17
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
17-06-2026, 20:48
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
16-06-2026, 19:49
Lavrov Ukraynanın Avropa Birliyinə daxil olmasında üstünlüklər tapdı
16-06-2026, 19:37
"Rusiyanın unikal qızı": Karelin İsinbayevanın müdafiəsindən danışdı
16-06-2026, 19:10
Von der Leyen AB-ni Kiyevə dəstəyini ikiqat artırmağa çağırdı
15-06-2026, 18:10
Çin etiraf etdi ki, İsrail ABŞ-İran sazişini poza bilər
14-06-2026, 19:26
Pentaqon Hörmüz boğazından minaların təmizlənməsinin nə qədər vaxt aparacağını izah etdi
14-06-2026, 19:22
İsrailin Livana hücumu ABŞ-İran danışıqlar prosesini çətinləşdirib
14-06-2026, 16:28
Lavrov Türkiyə Xarici İşlər Naziri ilə Yaxın Şərq və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
11-06-2026, 23:20
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
11-06-2026, 11:06
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
10-06-2026, 19:15
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
10-06-2026, 19:11
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi