14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Banqladeş şahmat çempionatında qrossmeyster dünyasını dəyişib
Tarix: 06-07-2024 18:59 | Bölmə: Karusel


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti xəbər verir ki, qrossmeyster Ziaur Rəhman Banqladeş şahmat çempionatının oyunu zamanı dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşıdurma zamanı şahmatçı insult keçirərək yerə yıxılıb. Həmkarları və rəsmiləri Ziauru təcili xəstəxanaya çatdırıblar, həkimlər onun öldüyünü bildiriblər.
"FIDE Ziaur Rəhmanın vəfatı xəbərini dərindən kədərləndirib. Onun 50 yaşı var idi. Banqladeşin ən çox medal qazanan şahmatçısının həyat yoldaşı və oğlu qalıb", - təşkilatın bəyanatında deyilir.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər