Bütün xəbərlər
Şəhriyar Məmmədyarov uduzdu
Tarix: 25-01-2022 20:52 | Bölmə: Karusel

                  Şəhriyar Məmmədyarov uduzdu


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
"Qafqazinfo" xəbər verir ki, 37 yaşlı qrossmeyster XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.
Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər