Bütün xəbərlər
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar prokurorluq əməkdaşları tərəfindən ağacəkmə kampaniyası keçirilib
Tarix: 29-04-2023 20:50 | Bölmə: Gündəm

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, həmçinin, ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 29-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Bildirilib ki, e
yni zamanda, Naxçıvan Muxtar Respublikası Prokurorluğu da ağacəkmə aksiyasına qoşulub.
Tədbir çərçivəsində Abşeron rayonu və Naxçıvan şəhəri ərazisində ümumilikdə 1600-dən çox zeytun və şam ağacları əkilib.
Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.
Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.










Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər