Bütün xəbərlər
Bayram tətilində heç bir məhdudiyyət olmayacaq - Rəsmi
Tarix: 06-05-2021 12:37 | Bölmə: Gündəm

Bayram tətilində heç bir məhdudiyyət olmayacaq


"Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq".
"Qafqazinfo" xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: "Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır".
Qeyd edək ki, Ramazan bayramı günlərində ictimai nəqliyyat işləməyəcək. Nazirlər Kabinetinin qərarı ilə 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

                       


Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı