Bütün xəbərlər
Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi
Tarix: 26-02-2021 18:07 | Bölmə: Gündəm

Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi


“Tapşırıq verəcəyəm ki, jurnalistlər Şuşaya getsinlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyinə münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, Şuşaya giriş imkanlarında çətinlik var idi: “Yol yox idi. Mənim bəxtim gətirdi ki, Şuşaya gedəndə günəşli hava idi. Ancaq mən Hikmət Hacıyevə göstəriş verirəm ki, bu səfəri təşkil etsin”.
Qeyd edək ki, konfransda iştirak edən “Röyters” agentliyinin əməkdaşı jurnalistlərin Şuşa şəhərinə səfərinin təşkil edilməməsinə görə narahatlığını ifadə edib.


Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı