Bütün xəbərlər
Mehriban Əliyevadan gənclərə təbrik
Tarix: 02-02-2021 23:11 | Bölmə: Gündəm

                 Mehriban Əliyevadan gənclərə təbrik


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi Instagram səhifəsində paylaşım edib. 
"Qafqazinfo" həmin paylaşımı təqdim edir:
“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”



Baxış sayı: 528


Bölməyə aid digər xəbərlər
25-11-2025, 19:16 Prezident Fərman imzaladı