22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ramiz Mehdiyev köklü islahatlara hazırlaşır: "İxtisarlar gözlənilir..."
Tarix: 13-11-2019 14:24 | Bölmə: Gündəm
Ramiz Mehdiyev köklü islahatlara hazırlaşır:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq qurumların ləğv olunması, bəzi müəssisələrdəki şişirdilmiş ştatların olması, ehtiyac duyulmayan mütəxəssislərin çoxluğu nəzərdən keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada
                    
aparılacaq islahatlar barədə danışarkən deyib. 
Onun sözlərinə görə, AMEA Prezidenti akademik Ramiz Mehdiyev bu qurumda aparılacaq islahatlarla bağlı öz baxışını Rəyasət Heyətinin yaxın günlərdə keçiriləcək iclasında açıqlayacaq:
"AMEA-da aparılacaq köklü islahatlar barədə akademik Ramiz Mehdiyevin fikirləri var. Onun öz fikirlərini akademiyanın elmi ictimaiyyəti qarşısında açıqlayacağını gözləyirik. Akademik Ramiz Mehdiyev uzun illər daşıdığı yüksək vəzifədə olarkən də AMEA-nın fəaliyyətinə nəzarət edib. O, akademiyada gedən proseslərə dərindən bələddir. İndi də təyin olunduğu gündən akademiyadakı prosesləri araşdırır. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunması Azərbaycan Prezidenti İlham Əliyevin qurumun mövqeyinin möhkəmlənməsi, onun daha da inkişaf etdirilərək yeni mərhələyə çatdırılması istiqamətində atdığı addım kimi mühüm əhəmiyyətə malikdir. Konkret olaraq, Mətbuat və İnformasiya İdarəsinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə çevrilməsi şübhəsiz ki, akademiyada aparılacaq struktur islahatları və optimallaşdırma siyasəti ilə əlaqədardır”.
Qeyd edək ki,oktyabrın 23-də akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilib. R.Mehdiyevdən əvvəl bu vəzifəni akademik Akif Əlziadə icra edib.
Xatırladaq ki, AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunub və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub. AMEA-da bu vəzifəni daha əvvəl Zülfüqar Fərzəliyev icra edirdi.



Baxış sayı: 671


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir