Bütün xəbərlər
Yaponiyanın qərbinə yağan güclü qar nəticəsində həlak olanlar var
Tarix: 13-01-2018 21:06 | Bölmə: Dünya

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı yanvarın 13-də yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
İnsanların həlak olması ilə nəticələnən bədbəxt hadisələr Hönşü adasının qərbində yerləşən Fukui və İşikava prefekturalarında baş verib. Daha çox xəsarət alanlar isə İşikava prefekturasında qeydə alınıb. Həmin prefekturada 11 nəfərin xəsarət aldığı bildirilir.
Ölkənin bəzi rayonlarında qarın qalınlığı 80 santimetrə çatıb ki, bu da ictimai nəqliyyatın hərəkətində problemlər yaradıb. Hokkaydo adasında ali məktəblərə qəbul imtahanı verənləri imtahanların keçirildiyi binaya çatdırmaq üçün polisin imkanlarından istifadə edilib.



Baxış sayı: 781


Bölməyə aid digər xəbərlər