Bütün xəbərlər
ABŞ-da müəlliməni maaşından şikayət etdiyinə görə elə məktəbdəcə qandalladılar
Tarix: 10-01-2018 06:01 | Bölmə: Dünya

                  

ABŞ-ın Luiziana ştatında müəliimə qandallanaraq məktəb iclasından çıxarılıb.
Trend-in məlumatına görə, buna səbəb ingilis dili müəlliməsi Deyşa Xarqreyvin iclasda çıxış edərək maaşından şikayətlənməsi olub.
Ona şikayətin müəyyən olunmuş qaydaya uyğun olaraq edilmədiyi bildirilib və o polis əməkdaşı tərəfindən qandallanaraq məktəb binasından çıxarılıb. Bu zaman o polis əməkdaşına müqavimət göstərməyə çalışıb.
Bildirilir ki, daha sonra məktəb rəhbərliyi Xarqreyvə qarşı heç bir iddia qaldırmayıb, lakin buna baxmayaraq o hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq həbs edilib.




Baxış sayı: 747


Bölməyə aid digər xəbərlər