Bütün xəbərlər
İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib
Tarix: 07-01-2018 14:47 | Bölmə: Dünya

                 

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Al-Quds Al-Arabi" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.
Bu halda o, prezident Həsən Ruhani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib.



Baxış sayı: 784


Bölməyə aid digər xəbərlər