Bütün xəbərlər
İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb
Tarix: 01-10-2023 22:17 | Bölmə: Dünya

İspaniyanın Mursiya şəhərində iki gecə klubunda baş verən güclü yanğın nəticəsində azı 13 nəfər ölüb. Təxminən 15 nəfər hələ də itkin düşdüyü üçün kədərli siyahı arta bilər, "La Vanguardia xəbər verir".
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Los Atalayas istirahət zonasında yanğın oktyabrın 1-də saat 06:00 radələrində (Moskva vaxtı ilə 07:00) baş verib. İlkin məlumata görə, yanğın Milaqros Fondunun ərazisində başlayıb, daha sonra alov eyni binada yerləşən “Teatr” və “Golden Hall” gecə klublarına keçib.
Xilasedicilərə binanın demək olar ki, böyük hissəsini məhv edən yanğına nəzarət etmək iki saat çəkdi: divarların bir hissəsi kimi onun damı da uçub.
İlkin olaraq faciənin 11 qurbanı olduğu bildirilir, 4 zərərçəkən xəstəxanaya çatdırılıb. Daha sonra yanğınsöndürənlər tanınması mümkün olmayan daha iki cəsəd aşkar ediblər - onlar ağır yanıb. Yaxınları odlu gecədən bəri əlaqə saxlamayan 15 nəfərin siyahısını hazırlayıb.
Mursiyadakı bütün əyləncə müəssisələri fəaliyyətini dayandırıb, muxtariyyətdə üç günlük matəm elan edilib.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər