Bütün xəbərlər
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar İtaliyada sunami xəbərdarlığı edilib
Tarix: 06-02-2023 12:01 | Bölmə: Dünya


Bazar ertəsi, fevralın 6-da səhər İtaliya fövqəladə hallar xidmətləri sunami xəbərdarlığı edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mülki Müdafiə Departamentinin məlumatına görə, Türkiyə və Suriyada seysmik aktivliyə görə İtaliyanın bir sıra sahilyanı rayonlarında sunami təhlükəsi yaranıb.
Söhbət ölkənin cənub hissəsindən gedir - xüsusilə Siciliyada, Kalabriya və Pugliada dəmir yolunda hərəkət müvəqqəti olaraq dayandırılıb və bir sıra digər ehtiyat tədbirləri görülüb.
İtaliya sahillərinin əhalisindən yerli vaxtla səhər saat 6:30-dan başlayaraq həyəcan siqnalının bitməsi elan olunana qədər sahildə və onun yaxınlığında olmamaq istənilib.
Media qeyd edir ki, hazırda sunami təhlükəsi hələ təsdiqlənməyib.
Xatırladaq ki, Türkiyə və Suriyada gecə baş verən zəlzələ nəticəsində ölən və yaralananların siyahısında yüzlərlə insan var, səlahiyyətlilər geniş miqyaslı dağıntıları bildirir, xilasedicilər və könüllülər yaşayış binalarının yerində dağıntıları təmizləyir və sağ qalanları tapmağa çalışırlar.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər