Bütün xəbərlər
Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb
Tarix: 06-02-2023 10:57 | Bölmə: Dünya

                       Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb



Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
Sabaha-inamla.az-ın məlumatına görə “Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı deputat özü açıqlayıb.
Onun sözlərinə görə, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı və övladları dağıntılar altında qalıb.
Yayman Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər