Bütün xəbərlər
Marsda nəhəng maye su göl tapılıb
Tarix: 26-07-2018 09:15 | Bölmə: Dünya

                              

İtalyan astronomları Marsda qütb buzunun altında maye su gölünü tapıblar. Onlar Mars Express orbital zondunda quraşdırılmış MARSIS radarından istifadə ediblər. Trend-in məlumatına görə, bu barədə "Science" jurnalında dərc olunan məqalədə bildirilib.
Göldəki suyun temperaturu donma nöqtəsindən aşağı olsa da, alimlər onun maye vəziyyətində olmasını həll olunan mineral maddələrin və buz təzyiqlərinin yüksək konsentrasiyası ilə izah edirlər.



Baxış sayı: 727


Bölməyə aid digər xəbərlər