22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Gürcüstan prezidentinin kürəkəni reanimasiyadadır
Tarix: 06-07-2018 13:03 | Bölmə: Dünya

                               

"Gürcüstan Prezidenti Giorgi Marqelaşvilinin kürəkəni Mindiya Qoqoçurinin vəziyyəti ağırdır".
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu onu müalicə edən həkim bildirib.
Onun sözlərinə görə, Mindiya Qoqoçurinin reanimasiyadan palataya köçürülməsi durumundan asılı olacaq.
Qeyd edək ki, iyulun 6-da gecə saatlarında Gürcüstan prezidentinin kürəkəninə qarşı silahlı hücum olub. O, güllə yaraları alaraq xəstəxanaya yerləşdirilib. Hüquq mühafizə orqanları hadisə ilə bağlı hələlik heç kimi saxlamayıb. İstintaq başlayıb.
Hadisənin təfərrüatları isə məlum deyil.


Baxış sayı: 811


Bölməyə aid digər xəbərlər