12:40 / 12-02-2026
Casusluqda ittiham olunub
09:16 / 12-02-2026
Qaz balonu partlayıb
19:57 / 11-02-2026
Dam qismən uçub
Bütün xəbərlər
Narkotik satmağa cəhd etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb
Tarix: 12-02-2026 15:18 | Bölmə: Digər

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik satmağa cəhd etməkdə şübhəli bilinən yeniyetməni saxlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
Axtarış zamanı polis əməkdaşları yeniyetmənin üzərindən 160 qramdan çox çəkidə 55 bağlama tapıblar. Testlər nəticəsində bağlamalardan birində mefedron olduğu müəyyən edilib.Qalanları analiz üçün göndərilib.
"Əməliyyat və istintaq tədbirləri nəticəsində polis Bryansk vilayətində yaşayan 17 yaşlı gənci Raskova küçəsindəki binanın girişinə bağlamaları yerləşdirərkən saxlayıb", - deyə, idarənin açıqlamasında bildirilir.
Cinayət işi açılıb və şübhəli məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər