Bütün xəbərlər
Yaşayış binasında yanğın baş verib
Tarix: 01-02-2026 12:53 | Bölmə: Digər

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidmətinin məlumatına görə, Samara şəhərinin tarixi mərkəzində birmərtəbəli yaşayış binası alovlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın Sadovaya küçəsindəki binada başlayıb və dam örtüyü 250 kvadratmetr sahəni əhatə edib.
Bəyanatda deyilir: "Saat 11:45-də (yerli vaxtla – red.) açıq alov söndürülüb.
Xəsarət alan olmayıb.Yanğınsöndürənlər gələnə qədər bir uşaq da daxil olmaqla beş nəfər binadan təxliyə edilib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər