Bütün xəbərlər
Kanat yolunda ilişib qalan bütün insanlar təxliyə edilib
Tarix: 31-01-2026 21:02 | Bölmə: Digər

Xilasedicilər Dmitrovski rayonunun Stepanovo kəndindəki xizək parkında kanat yolunda ilişib qalan 50 nəfəri təxliyə ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat verib.
Moskva vilayətinin "Mosoblpozhspas" Dövlət Büdcə Müəssisəsi tərəfindən əvvəllər bildirildiyi kimi, 1100 metr uzunluğundakı kanat yolunda 50 nəfər ilişib qalıb. Kanat yolu, ehtimal ki, kabelin kasnaqdan qopması səbəbindən dayanıb.Hadisə nəticəsində xəsarət alan olmayıb.
Moskva vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında dərc olunmuş mesajda deyilir: "Bütün insanlar təxliyə edilib, xilasetmə əməliyyatı başa çatıb".
Təxliyə üç hissəli nərdivan vasitəsilə həyata keçirilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər